Ana səhifə / Siyasət / BŞBPİ Əvəz Zeynallının polisə çağırılması haqda məlumat yayıb

BŞBPİ Əvəz Zeynallının polisə çağırılması haqda məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) jurnalist Əvəz Zeynallının polisə çağırılması barədə məlumat yayıb.
İdarədən APA-ya verilən məlumatda qeyd olunur ki, bu günlərdə “Xural”“ qəzetinin baş redaktoru Əvəz Zeynallı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırılması haqqında açıqlama yayıb:
“Mətbuatda yayılan məlumatların həqiqətə uyğun olmadığını nəzərə alaraq, məsələyə aydınlıq gətirmək istərdik. Vətəndaş Əvəz Zeynallı həqiqətən də sentyabrın 3-də 4-cü Polis Bölməsinə dəvət olunub. Bölmədə yeni polis sahə inspektoru təyin olunan Nadir Abbasov ərazidə yaşayan, cəzaçəkmə müəssisələrində cəza çəkmiş vətəndaşlarla görüşmək, tanış olmaq, profilaktiki söhbət aparmaq istəyib. Əvəz Zeynallı da yalnız bu məqsədlə bölməyə dəvət olunub. Xüsusi olaraq vurğulamaq istərdik ki, söhbət normal iş şəraitində keçib, Zeynallıya qarşı hər hansı qeyri-qanuni, qeyri-etik ifadələr işlədilməyib, mərhum jurnalistlər Nəcəf Nəcəfovun və Elmar Hüseynovun adları çəkilməyib”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın