Şənbə , Yanvar 29 2022
Ana səhifə / Siyasət / Brüssel görüşündə bu məsələlərdə razılığa gəlindi

Brüssel görüşündə bu məsələlərdə razılığa gəlindi

Xəbər verdiyimiz kimi, dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

“ Azinforum.az ” ın məlumatına görə, konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. 

Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcəkdir.

Görüşün nəticəsi olaraq Avropa İttifaqı Komissiyasının Prezidenti tərəfindən mətbuata açıqlama verilib.

Həmçinin oxuyun

YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə “Yeni …