Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / BQXK-dan Kəlbəcər girovları ilə bağlı – Açıqlama

BQXK-dan Kəlbəcər girovları ilə bağlı – Açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan ombudsmanı Elmira Süleymanovanın mətbuata açıqlamasına münasibət bildirib.

BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, BQXK heç bir halda həbsin səbəbləri və saxlanmanın və məhkumluğun hüquqi aspektləri barədə fikir bildirmir, saxlanan şəxslərin sərbəst buraxılmasını təbliğ etmir.

İ. Hüseynova diqqətlərinin bütün saxlanılan şəxslərlə insani rəftar və məqbul saxlanma şəraitinin təmin olunmasında cəmləşdirdiklərini nəzərə çatdırıb: “Biz xüsusilə də, saxlanılan şəxslərlə onların ailələri arasında əlaqələri bərpa etməklə, həmçinin ailələrinin əziyyətlərini azaltmağa çalışırıq. Cenevrə konvensiyaları tərəflərin silahlı münaqişə zamanı öhdəliklərini müəyyənləşdirən – qüvvədə olan və ən geniş şəkildə qəbul edilmiş – beynəlxalq müqavilələrdir. Onlar həmçinin BQXK-nın fəaliyyəti zamanı əsaslandığı sənədlərdir. Bu konvensiyalar müdafiə altında olan insanları məhkəmə prosesindən azad etmir. Cenevrə Konvensiyaları hüquqi təminatlara hörmət tələb edir”.

Qeyd edək ki, E. Süleymanova mətbuata açıqlamasında deyib ki, Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı BQXK rəhbəri ilə görüşüb müzakirələr aparıb, onlar Dilqəm və Şahbazın qondarma məhkəmə tərəfindən cəzalandırılmasının beynəlxalq hüquqi normalara uyğun olmadığını, bunun beynəlxalq hüquqa zidd olduğunu bildiriblər.

 

Həmçinin oxuyun

“Şuşanın niyə belə asanlıqla işğal olunması haqda suallar illər boyu içimizi göynətdi…”

“Digər torpaqlarımızla yanaşı, Şuşanın da müzəffər ordumuz tərəfindən azad olunacağı günü çox səbirsizliklə gözləyirəm. İnşallah, …

Bir cavab yazın