Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Böyük Britaniya Xarici İşlər Nazirliyi: “İlham Əliyevin əfv sərəncamını alqışlayırıq”

Böyük Britaniya Xarici İşlər Nazirliyi: “İlham Əliyevin əfv sərəncamını alqışlayırıq”

Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözcüsü Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

Xarici İşlər Nazirliyinin sözcüsü ONA agentliyinə açıqlamasında deyib ki, bu, müsbət və təşviq edici bir addımdır, gələcəkdə də belə addımların atılmasını gözləyirlər.

Açıqlamada qeyd edilib ki, Azərbaycan insan haqları və demokratiya mövzusunda əlavə tədbirlər görməyi və özünün beynəlxalq öhdəliklərini yerinə yetirməyi nəzərdə tutur: “Bu baxımdan Böyük Britaniya Azərbaycanla əməkdaşlığa davam edəcək”.

Həmçinin oxuyun

Ermənistanda bu dəfə əks-kəşfiyyat şöbəsinin rəisi işdən çıxarıldı

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub …