Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / Bortnikovun İrəvana, oradan da Bakıya etdiyi səfərin gizli tərəfləri

Bortnikovun İrəvana, oradan da Bakıya etdiyi səfərin gizli tərəfləri

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Bortnikov dünən İrəvana ordan da Bakıya səfər etdi. Səfər iki məqsədlə həyata keçdi, bundan ən əsası Azərbaycan və Ermənistan dövlət sərhədinin bərpası məsələləri ilə bağlı idi. Azərbaycan üçün bu səfər birbaşa Ermənistanla dövlət sərhəddinin bərpası məsələlərini əhatə etdi. Bir neçə gündür Ermənistan əhalisinin sərhəddə etirazlarını təşkil etməklə, Zəngilan rayonunun bir hissəsinin Azərbaycana qaytarılması prosesini sabotaj edirdi. Onlar sərhəddəki vəziyyətdən narahatdırlar və təhlükəsizliyini təmin etmək üçün hökümşədən təcili tədbirlərin alınmasını tələb edirlər .

Prosesi pozmaq cəhdlərinə baxmayaraq dünən, dekabrın 18-də axşam Qafan şəhəri və yerli hava limanı üzərindəki ərazi və yüksəkliklər Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçdi. Prosesin qarşısıalınmaz olduğuna əmin olandan sonra isə ermənilər 30 il işğal ərzində Azərbaycan torpaqlarında yol çəkdiklərini, digər infrastruktur tikidiklərini əsas gətirrərək təklif edirdilər ki, sərhəddi elə çəkilsin ki, yollar onların tərəfində qalsın. Bu zaman kompensasiya məqsədilə ərazi mübadiləsi istisna edilmirdi. 30 il Azərbaycan torpaqlarını viran qoyan , Kəlbəcər, Laçın, Zəngilan bir hissəsindən gedərkən evlərə od vuran ermənilər həyasızcasına öz yolları və infrastrukturlarının hesabını istəyirdilər. Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Bortnikovun İrəvana səfəri Azərbaycan və Ermənistan dövlət sərhədinin bərpası və daha sonra Ermənistan tərəfindən sərhədin Rusiya sülhməramlıları qoruması məsələlərindən kənarda Ermənistan daxili siyasi proseslərlə əlaqədər idi.

Ermənistan Baş Prokurorluğunun Baş nazir Nikol Paşinyana qarşı “dövlətə xəyanət” maddəsi ilə bağlı araşdırma başlayıb. Dekabrın 18-də erməni müxalifəti Baş Prokurorluğa Baş nazir Nikol Paşinyana qarşı “dövlətə xəyanət” maddəsi ilə ittiham irəli sürmək üçün bazar ertəsinə qədər vaxt verəcəyini elan etdi.

Bundan sonra Baş Prokurorluq hökumətin başçısı kimi baş nazirin səlahiyyətlərinə xitam verməlidir. Müxalifət hesab edir ki, “Paşinyan öz hərəkətləri ilə Qarabağ müharibəsində xəyanət edərək Azərbaycana kömək edib” .

Ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan, həmçinin respublikanın hazırkı başçısı Armen Sarkisyan da əvvəllər Paşinyanın istefasını tələb etmişdi. Erməni kilsəsinin rəhbərləri, bütün Ermənilərin katolikosları II Qaregin və Kilikiya katolikosu I Aram da Paşinyanı istefaya çağırdılar.

Həmçinin oxuyun

“Şuşada təmir etdiyim evdə yaşaya bilmədim” – Erməni qadından Arayikə etiraz

Azərbaycanın tarixi şəhəri olan Şuşada vaxtilə qanunsuz məskunlaşdırılmış ermənilərdən biri separatçıların lideri Arayik Arutyunyana üsyan …