Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Siyasət / Borçalıda baş verənlərlə bağlı müraciət yayıldı: “Qarşıdurma heç birimizin maraqlarına uyğun deyil”

Borçalıda baş verənlərlə bağlı müraciət yayıldı: “Qarşıdurma heç birimizin maraqlarına uyğun deyil”

8 oktyabr 2016-cı ildə  Gürcüstan parlamentinə seçkilər günü Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş qarşıdurma və bəzi sakinlərin həbsi ilə bağlı “Borçalı” İctimai Birliyinin sədri, tanınmış tarixçi alim Kərəm Məmmədov  Gürcüstanın dövlət  rəhbərliyinə və ictimaiyyətə müraciət edib.

Kərəm Məmmədovun Azinforum.az-a daxil olan həmin müraciətində deyilir: “Oktyabrin 8-də  keçirilən parlament seçkiləri  Gürcüstanda yaşayan bütün millətlərin həyatında  tarixi  səhifə açıb. Bu seçkilər qardaş ölkənin  yeni inkişaf mərhələsinə qədəm qoyacağına böyük ümidlər verir. Ancaq azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun ən böyük kəndlərindən olan Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində seçkinin nəticəsinə etirazlar zamanı  baş vermiş qarşıdurma  və  bu hadisəyə görə 6 nəfərin həbsi narahatlığımıza səbəb olub”.

Müraciətdə vurğulanır ki, seçki kampaniyası dövründə Gürcüstan dövlətinin rəsmiləri xalqı  fəal olmağa və verdikləri səsin məsuliyyətini daşımağa çağırıblar və Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində səsvermə zamanı  baş verən qarşıdurma da məhz secki prosesində yol verilən neqativ hallara qarşı etirazdır:“Hesab edirik ki, bu qarşıdurmanın və gərginliyin davam etməsi Gürcüstan dövlətinin və həmçini bölgədə yaşayan soydaşlarmızın maraqlarına ziddir. Gürcüstanın hüquq-mühafizə orqanlarını daha təmkinli davranmağa, yaranmış  qarşıdurmanın böyüyərək, seçkilərin üzərinə kölgə salmasına imkan verməməyə, seçiciləri isə  öz hüquqları uğrunda qanun çərçivəsində mübarizə aparmağa çağırırıq”.

Müraciətinin sonunda Kərəm Məmmədov bildirir: “Borçalı İctimai Birliyi Gürcüstanda demokratik prosesləri, insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində atılan bütün addımları  dəstəkləyir  və yaranan qarşıdurmanın hüquq müstəvisində, ədalətli həll olunacağına dərin ümid bəsləyir”.

 

Həmçinin oxuyun

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib – QALMAQAL

Bir müddətdir, Respublikaçı Alternativ (ReAl) Partiyası ilə digər müxalifət partiyaları arasında qarşıdurma yaşanır. Səbəb isə …

Bir cavab yazın