Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Siyasət / “Bolton planı, Qarabağa NATO, daha sonra isə ABŞ qoşunlarının yerləşdirilməsini nəzərdə tuturdu”

“Bolton planı, Qarabağa NATO, daha sonra isə ABŞ qoşunlarının yerləşdirilməsini nəzərdə tuturdu”

“Bolton planı, Qarabağ və İran “sərhədi”ndə (işğal altında olan Azərbaycan əraziləri-red.) əvvəlcə BMT himayəsi altında NATO, daha sonra isə ABŞ qoşunlarının yerləşdirilməsini nəzərdə tuturdu”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qondarma qurumun “milli təhlükəsizlik şurasının sabiq rəhbəri”, general-mayor Vitali Balasanyan işğal altında olan Xankəndində təşkil olunmuş mətbuat konfransı zamanı bildirib.

“Son aylarda Fars körfəzində gəmilərlə baş verənləri, pilotsuz uçuş aparatlarını gördük. Bizim üçün şübhə yoxdur ki, bu proqram qərbin proqramıdır və ABŞ tərəfindən aparılır. Mən prezident Tramp tərəfindən demirəm, ancaq bu proqram Levon Ter-Petrosyanın proqramının, Nikol Paşinyanın Ermənistan-Rusiya və Ermənistan-İran münasibətlərinin pisləşməsi ilə bağlı verdiyi bəyanatların davamıdır”,- deyə Balasanyan bildirib.

Balasanyan bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ-İran “sərhədi”ndə (işğal altında olan Azərbaycan əraziləri-red.) hazırda nə baş verdiyindən xəbərsizdir.

“Ermənistanın Baş naziri Qarabağ-İran “sərhədi”ndə nə baş verdiyindən xəbərsizdir. Orada olduqca böyük 2 su anbarı tikilir, görünür o, bir neçə ay əvvəl xəbərdar olub”, – deyə Balasanyan bildirib.

Balasanyan qeyd edib ki, Nikol Paşinyanın Ermənistan və Qarabağın (qondarma qurum-red.) marağından çıxış etməsi onda sual doğurur. Onun sözlərinə görə, “Qarabağ Ermənistanın vilayətidir, rus hərbi bazasını çıxarmaq lazımdır” kimi bəyanatların müəllifi “Sasna Tsrer” partiyasıdır.

“Sasna Tsrer” bildirir ki, rus qoşunları Türkiyə ilə sərhəddən Moskvaya tərəf göndərilməlidir.

Balasanyanın fikrincə, bütün bunlar Bolton proqramı çərçivəsində baş verir. Bu kontekstdə Balasanyan xatırladıb ki, Paşinyan Sünik vilayət rəhbəri kimi Hunan Poğosyanı təyin edərkən, bu təyinatla narkotik alveri marşrutunun yolunu bağlayacağını bildirib.

“Mən ona sual vermişəm. Yolun başlanğıcı, keçidi və sonu hansıdır?, – deyə Balansanyan bildirib və Paşinyanın “İstisna edilmir ki, İranla sərhəd bağlansın” bəyanatını bir daha xatırladıb.

Həmçinin oxuyun

Etibar Məmmədov 20 yanvarla bağlı daha bir sirri açdı: “Primakov bizə dedi ki, ordu Bakıya yox, Qarabağa gedir”

“Sabiq prezident Ayaz Mütəllibov deyir ki, Yevgeni Primakov 1990-cı ilin yanvarında Bakıya qoşunların girəcəyi barədə …