Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / Böhran Nazim İbrahimovu vurdu: həyat yoldaşının mağazası bağlandı – FOTO

Böhran Nazim İbrahimovu vurdu: həyat yoldaşının mağazası bağlandı – FOTO

Manatın ikinci devlvasiyadan, həmçinin neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra ölkədə ciddi maliyyə problemləri yaranıb. Bunun nəticəsi olaraq paytaxda və bölgələrdə bir çox məşhur rstoran və mağazalar, digər iaşə obyektləri bağlanıb.
Böhran məmurlardan da yan ötməyib. Bizneslərinə ciddi şəkildə ziyan dəyən məmurlar son aylarda restoranlarını, mağazalarını və digər biznes obyektlərini bağlamalı olurlar. Prosesin qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.
Şəxsi bizensində problemlər yaranan məmurlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Qaynar.info-nun əldə etdiyi məlumata görə, komitə sədrinin həyat yoldaşı Minayə İbrahimovaya məxsus olduğu iddia edilən brend mağaza artıq fəaliyyətini dayandırıb.
Bakı Metropoliteninin Sahil stansiyasının yaxınlığında yerləşən brend geyim mağazası olan “VBC”nin qapıları bağlanıb və üzərinə “İcarəyə verilir” sözləri yazılıb.
Nazim İbrahimova yaxın mənbələrin verdiyi məlumata görə, bu komitə sədrinin bağladığı yeganə mağaza deyil. Onun şəhərdəki başqa bir neçə obyekti də böhrana görə fəaliyyətini dayandırmalı olub.

Həmçinin oxuyun

Ramiz Mehdiyev: “Ermənistan fürsəti əldən verərək sülhü uduzub”

Akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabı çapdan çıxıb. …

Bir cavab yazın