Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Siyasət / Blinken Lavrovla Azərbaycan və Ermənistanı müzakirə etdi

Blinken Lavrovla Azərbaycan və Ermənistanı müzakirə etdi

ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Suriya böhranı ətrafında vəziyyəti, eləcə də Ermənistan və Azərbaycan arasındakı problemlərin həllini müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın Arktika Şurasının Reykyavikdəki nazirlər toplantısı çərçivəsində baş tutan və təxminən iki saat davam edən danışıqlardan sonra yayılmış yazılı açıqlamasında deyilir.

“Dövlət katibi Suriya xalqı üçün humanitar girişin təcili olaraq təmin edilməsinin vacibliyini vurğuladı, həmçinin regional məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasındakı münaqişənin uzunmüddətli siyasi həll yollarının axtarılmasını müzakirə etdilər” – açıqlamada vurğulanıb.

Tərəflər İranın nüvə proqramı, KXDR və Əfqanıstan barədə də fikir mübadiləsi aparıblar.

Dövlət katibi və xarici işlər naziri gələcəkdə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Həmçinin oxuyun

İlham Əliyev İraqın neft nazirini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 24-də İraqın neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.  Görüşdə …