Ana səhifə / Siyasət / Blinken Əliyevi həbs edilənləri azad etməyə çağırıb

Blinken Əliyevi həbs edilənləri azad etməyə çağırıb

ABŞ-nin Azərbaycandakı səfirliyi ABŞ Dövlət katibi Entoni Blinkenlə Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışığı barədə məlumat yayıb.

Bildirilib ki, dövlət katibi Blinken Prezident Əliyevlə Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi istiqamətində əldə olunan nailiyyəti müzakirə edib.

Dövlət katibi həmçinin Azərbaycanı üzərinə götürdüyü insan hüquqları və əsas azadlıqlara dair beynəlxalq öhdəliklərə əməl etməyə və haqsız yerə həbs edilən şəxsləri azad etməyə çağırıb.

Həmçinin oxuyun

Azərbaycanın AŞPA-ya qaytarılması müzakirə olunur

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Avropa Şurası Nazirlər …