Cümə , Avqust 12 2022
Ana səhifə / Siyasət / Blinken Əliyev və Paşinyanı birbaşa danışıqlara çağırdı

Blinken Əliyev və Paşinyanı birbaşa danışıqlara çağırdı

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında onları Dağlıq Qarabağdakı münaqişəni birbaşa danışıqlar yolu ilə həll etməyə çağırıb.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda deyilir: “Katib Blinken Dağlıq Qarabağdakı münaqişə ilə bağlı və ya ondan irəli gələn məsələlərin həlli üçün Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasına və birbaşa dialoqa çağırıb”.

Blinken qeyd edib ki, “ABŞ bölgədəki vəziyyəti diqqətlə izləyir”.

O, Prezident Əliyevlə söhbəti barədə öz tvitində Vaşinqtonun Bakı ilə İrəvan arasında dialoqu təşviq etməyə hazır olduğunu bəyan edib:

“Prezident Əliyevi əmin etdi ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına kömək etmək üçün Azərbaycan və Ermənistan arasında dialoqa qoşulmağa və yardım etməyə hazırdır”.

Həmçinin oxuyun

Şuşada Türkiyə konsulluğunun açılması təklif edildi

“Qafanda konsulluq açırlar (İranı nəzərdə tutur-red), xeyirli olsun! Bəlkə darıxmasınlar deyə biz də təcili Şuşada …