Ana səhifə / Siyasət / “Bizim kənddə daş üstə daş qoyulmayıb” – Qaxın İbaxlı kənd sakinləri ilə görüş

“Bizim kənddə daş üstə daş qoyulmayıb” – Qaxın İbaxlı kənd sakinləri ilə görüş

Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu İbaxlı kənd sakinləri ilə görüşüb

Ötən gün 112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Əhməd Şahidov İbaxlı kəndində yerli sakinlərlə görüşüb. Kəndin mərkəzində baş tutan görüş zamanı qayğılarını dilə gətirən kənd sakinləri İbaxlının bərbad yollarından danışıb, kənddə iaşə obyektlərinin olmamasını, gənclərin işsizlik problemini və kəndlilərin sosial qayğılarını qabardıblar.

İbaxlı kəndi ilə heç kimin maraqlanmadığını deyən sakinlər son 15 ildə kənddə daş üstünə daş qoyulmadığını deyib, yerli bələdiyyə üzvləri, icra nümayəndəsi və deputatın ümumiyyətlə İbaxlı kəndi ilə maraqlanmadığını bildiriblər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın