Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq – Vitse-spiker

Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq – Vitse-spiker

“1994-cü ildən bu yana bir gün də olsun Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyib. Hər gün cəhbədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi halları olub”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bun gün keçirilən plenar iclasda çıxışı zaman deyib.

Z.Əsgərov bildirib ki, bu müddət ərzində Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib: “Səbr etdik, dözdük. Nə qədər ki, atəşkəs rejimi pozulurdu biz danışıqlara gedirdik. Son illər dəfərlərlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəcik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışqılar edirdilər. Bununla da mövcud vəziyyəti uzatmaq istəyirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər həddlərini aşırdılar. Cəzasız vəziyyətdən istifadə edərək bu addımı atırdılar. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirdirlər. Xüsusilə də ATƏT-in Minsk qrupu bəyanat versələr də əməldə heç bir iş yox idi. Məlum olan o idi ki, həmsədr əslində ermənilərə dayaqdılar. Təəssüf ki, bu belədir. Halbuki onların missiyası sülhyaratmaq olsa da, biz bunu da görmədik”.

Z.Əsgərov deyib ki, belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir: “Ona görə də gücün hüququ işləyəcəkdi. Belə olan halda da Azərbaycan öz gücünü göstərdi. Bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Düşmən tərəf Azərbaycan Ordusunun praktik gücünü gördü. Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq. Düşmən də buna şahid oldu”.

Vitse spiker vurğulayıb ki, 94-cü ildən bu günə qədər olan dövrdə psixoloji dönüş yaranıb və xalqımız ordumuzun gücünü gördü: “Ermənistan ordusu haqqında yaranan mif tamamilə sabun köpüyü kimi əridi getdi. Bir daha sübut etdik ki, Ermənistan müstəqil dövlət deyil və onların heç müstəqil orudusu və silahı yoxdur. Onlar sadəcə kimlərinsə qapaz altısı olaraq qalır. Son vəziyyətlə bağlı deyə bilərəm ki, başqa çıxış yolumuz da yox idi. Çünki onlar hər zaman bizi təhdid edirdilər. Gücümüzü göstərdikdən sonra beynəlxalq təşkilatlar artıq hərəkətə keçməyə başlayıb. Tam əksiriyyət Azərbaycanı dəstəkləyir. Çünki bu bizim haqq işimizdir. Beynəlxalq təşkilatlar da bir daha başa düşdü ki. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dondurulmuş yox, hər zaman alovlanan məsələdir. Ona görə də bu, həll olunmalıdır. Baxacıq ki, beyəlxalq təşkilatlar bundan sonra nə iş görəcəklər. Bunun üçün də ayrıca qiymətimiz olacaq. 10 milyona yaxın hər bir insan dövlətin və prezidentin ətrafında sıx birləşib. Hər bir kəs bilir ki, onun güclü ordusu, dövləti xalqın keşiyindədir. Digər məsələ isə odur ki, güc strukturları arasında əla koordinasiya qurulub. Hərbi əməliyyatlar savadlı yüksək səviyyədə özünü göstərdi. Bundan sonra beynəlxalq təşkilatlara müraciət edirəm ki, Minsk qrupunun həmsədrləri məsələyə düzgün yanaşıb qiymət versinlər. Çünki onlar bilir ki, kim günahkardır. Əvvəldən də məlumdur ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub. Təəssüf ki, bu günə qədər cinayətkarların başını sığallayıblar. Lakin bundan sonra belə olmayacaq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın