Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Siyasət / “Biz Qarabağa qayıdacağıq!” – İlham Əliyev

“Biz Qarabağa qayıdacağıq!” – İlham Əliyev

“1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür”.

Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

İ. Əliyev bildirib ki,  Azərbaycan, – əgər belə analogiya aparmaq mümkündürsə, – Qarabağı tərk etmişdi. 

“Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. 

Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Həmçinin oxuyun

TÜRKMƏNİSTAN RUSDİLLİLİK HALQASINDAN ÇIXIR – Prezident Berdıməhəmmədovu əsəbiləşdirən nə olub?

Viktoriya Panfilova “Nezavisimaya qazeta”, 17.09.2020 Türkmənistan Xarici İşlər Nazirliyi ölkədə rus dilində təhsilin məhdudlaşdırması ilə …