Çərşənbə , İyun 29 2022
Ana səhifə / Siyasət / “Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun” – Mirziyoyev

“Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun” – Mirziyoyev

“Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun”.

Bunları Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.

“Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var. Belə ki, bu səfər tarixi səfərdir, onun çox yaxşı əsası var və gələcəkdə biz bu əsası həyata keçirməliyik. Sizə bir daha demək istəyirəm, biz razılığa gəldik ki, noyabr ayında İlham Heydər oğlu Səmərqəndə səfər edəcək. Səmərqənddə biz nazirlərimizi bugünkü razılaşmalar barədə dinləyəcəyik. Bunu nəyə görə deyirəm? Ona görə ki, bilirsiniz, bizim çox böyük imkanlarımız var, lakin nəticə çox kiçikdir. Biz bu gün gələcək əməkdaşlığımızın ciddi perspektiv layihələri barədə razılığa gəldik. Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnuna”, – Özbəkistan Prezidenti vurğulayıb.

Həmçinin oxuyun

Polad Bülbüloğlu Rusiyadan Babayanla bağlı İZAHAT İSTƏDİ

“Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın 21-27 iyun tarixlərində Rusiyaya …