Bəlkə də xronoloji ardıcıllıq başqa olub, amma bizə məlum olan ən birinci cəhd Gürcüstanda baş verdi. Prezidentlik müddəti başa çatmaqda olan Mixeil Saakaşvili hakimiyyətin ağırlıq mərkəzini prezident institutundan parlamentə və hökumətə köçürməyə start verdi.

Molel alındı da, amma gəl ki, Saakaşviliyə baş nazir postunu tutmaq müyəssər olmadı, çünki onun Moskvanın timsalında güclü bir müxalifəti vardı və bu modeli Gürücstanda o yox, başqaları reallaşdırmalı oldu.
Digər soraq Qazaxıstandan gəldi. Nurrsultan Nazarbayev də səlahiyyətlərinin bir qismini parlamentə və hökumətə ötürmək qərarına gəlmişdi.

Təbii ki, burada motiv fərqli idi, Nazarbayevin hakimiyyəti onsuz da konkret zaman intervalı ilə məhdud deyildi, sadəcə, qoca prezident həm öz yükünü azaltmaq, həm də hökumətə bir az artıq səlahiyyət verməkçün bu addımı atmalı oldu.

Nəhayət, növbə gəlib çatdı Serj Sarkisyan cənablarına. Doğrusu, bilmirəm, Avropanın demokratiya institutları Ermənistandakı proseslər haqqında nə yazacaqlar və bu ölkədəki siyasi sistem dəyişikliyini necə yozacaqlar?
Güman, deyəcəklər ki, xristianlığı hamndan əvvəl qəbul etmiş xalq demokratiya istiqamətində mühüm bir addım atdı və həmişə olduğu kimi bu dəfə də dünya sivilizasiyana böyük töhfə verdi…

Amma lap əvvəldən, ən azı, əski sovet məkanının siyasi təhlilçilərinə aydın idi ki, məsələni yalnız bir mənada başa düşmək lazımdır: Sarkisyan hakimiyyətini bir az da uzatmaq qərarına gəlibdir, burada qeyri bir motiv yoxdur…

Əslində düz də edirdi, çünki əhalisinin 70-80 faizi ancaq xaricə necə qaçmaq haqqında düşünən ölkədə siyasi cəhətdən uzunömürlü olmamaq, necə deyərlər, axmaqlıq olardı. Sarkisyansa nökər xislətli bir adam olsa da tamamilə axmaq da deyil.

Üstəlik, Saakaşvilidən fərqli olaraq, bu məxluqun Kremllə elə bir problemi yoxdur – nə deyirlər, onu edir, ayağını cızıqdan kənara qoymaq haqda heç düşünmür də.

Qərəz, öz ssenarisini reallaşdırmaq Serjikə qismət oldu. Artıq dünən, yəni aprelin 9-da yeni prezident Armen Sarkisyan (köpəyuşağının ikisinin də soyadı Sarkisyandır. Amma ruslar birini Sarkisyan, digərinisə Sarqsyan yazır!) vəzifəsinin icrasına başlamalı idi.

Parlament respublikası modeli o qədər qəlizdir ki, bununla bağlı siyasi lətifələrə bənzər tarixçələr də danışırlar.

Deyirlər ki, sionist hərəkatının lideri, böyük diplomatiya məharəti olan və eləcə də güclü alim-kimyaçı sayılan Xaim Veytsman ancaq prezident kürsüsünə əyləşəndən sonra başa düşüb ki, daha hiyləgər baş nazir David Ben-Qurion ona möhkəm “atıbdır”!

Demirəm, Armen Sarkisyan da Veytsman kimi aldadılıb, yox, o, əvvəldən hansı oyuna getdiyini bilirdi. Yalnız arada bir dəfə, onun və parlament spikerinin hətta Milli Təhlükəsizlik Şurasında da təmsil olunmayacağını eşidəndə bir azca şok yaşamışdı. Amma Serjik onu tez özünə gətirə bilmişdi.

İndi növbəti məsələ Serjikin baş nazir olmasıdır. Olacaq. Beş-üç müxalifətçi atılıb-düşəcək, Baqramyan prospektilə o tərəf-bu tərəfə gedəcək, amma onlar bu prosesi dəyişmək gücündə deyillər.

Prosesin gedişini tamam başqa şey dəyişə bilər. O da budur ki, MDB məkanında işlər qaydasında deyil. Qurum çökür, ən başlıcası, xarabalıqların üzərində yeni regional ittifaqın konturu görünür, hansı ki, hayların heç marağında deyil.

Təlaş içində Ankara-Tehran-Moskva üçlüyünü seyr edirlər. Bir az əvvəldə İsrailə də dolayı yolla ona görə toxunduq ki, bunlar da “Rusiyanın İsraili” olmaq fikrindədirlər. Vaşinqtonun “İsrailə toxunan qarşısında bizi görəcək!” sözlərini özlərilə bağlı Kremlin dilindən eşitmək istəyirlər. Amma əfsus, eşitməyəcəklər, çünki Kreml də artıq öz hayındadır.

O ki qaldı başqa məsələlərə, erməniləri Qarabağ məsələsində kimin – Armen Sarkisyanın, yoxsa Serj Sarkisyanın təmsil edəcəyinə, burada heç bir məchulluq yoxdur. Bir az əvvəldə də dedik ki, bütün səlahiyyətlər baş nazirdə olacaq, ali baş komandan da o olacaq. Baş nazir isə bir daha deyirik ki, Serj cənabları təyin ediləcək.

Bu faktın özü bir daha göstərir ki, biz bundan sonra da Qarabağ məsələsində vurğunu hərbi gücə etməliyik, çünki illərin təcrübəsi göstərdi ki, Serj adam dilini qanmır və onunla adam dilində danışmağın heç bir mənası yoxdur.

Ona görə də ilk fürsətdəcə, bunun oyuncaq ordusunun burnunu əzmək lazımdır, onda adam dilini qanmağa başlayacaq…

Hüseynbala Səlimov