Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Birinci vitse-prezidentin köməkçi və işçilərinin sayı artırıldı – Sərəncam

Birinci vitse-prezidentin köməkçi və işçilərinin sayı artırıldı – Sərəncam

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.
Bu, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.
Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.
Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.
Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.
Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur/APA.

 

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …