Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / Biradamlıq partiyalar Milli Məclisdən uzaqlaşdırılacaq

Biradamlıq partiyalar Milli Məclisdən uzaqlaşdırılacaq

Milli Məclisin hazırkı tərkibində müxalifəti təmsil edən partiyalar növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentdən kənarda qala bilər. 

Bunun səbəbi artıq həmin partiyaların ictimaiyyət və beynəlxalq qurumlar tərəfindən müxalifət kimi tanınmamasıdır. Digər tərəfdən onların təmsilçilərindən bəziləri ictimaiyyətdə mənfi persona kimi qəbul olunur. Bu da artıq hakimiyyətin maraqlarına cavab vermir. 

Məlumat üçün deyək ki, hazırda Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP)  başqa daha 7 partiya təmsil olunur ki, onlar müxalifət fəaliyyətində olmasalar da, özlərini müxalifət adlandırır. Həmin partiyalar aşağıdakılardır:

Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı

Vəhdət Partiyası – sədr Tahir Kərimli

Sosial Rifah Partiyası – sədr Xanhüseyn Kazımlı

Sosial Demokrat Partiyası – sədr Araz Əlizadə

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev

Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə

Böyük Qurtuluş Partiyası – sədr Fazil Mustafa

Bu partiyaları Milli Məclisdə yalnız sədrləri təmsil edir. İddia olunur ki, yeni parlamentdə adı qeyd edilən partiyaları müəyyən qədər müxalifətçilik fəaliyyəti olan digər siyasi təsisatlar əvəz edə bilər. Yenisabah.az

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …