Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / “Bir yaramazın həbsxanadan xilas olması üçün nazirlərə böhtan atması…” – Rəsul Quliyev

“Bir yaramazın həbsxanadan xilas olması üçün nazirlərə böhtan atması…” – Rəsul Quliyev

“Bu gün bir sıra mətbuat səhifələrində Akademiyanın keçmiş prezidenti, akademik Eldar Salayev haqqında yazılara rast gəldim. Eldar Salayev mənim qohumum deyil, ancaq çox yaxın dostumdur”.

Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Qukiyev deyib. O, bildirib ki, E. Salayevlə dostluğu 1988-ci ildən, yəni Azərbaycanın azadlıq uğrunda apardığı mübarizə mitinqlərindən başlayır:

“Eldar Salayev akademiyanın prezidenti idi. Mərkəzi Komitənin  katibləri Vəzirov, sonra Mütəllibov onu düşmən hesab edirdilər. İki səbəbdən. 

Birincisi, Xalq Cəbhəsini dəstəkləyirdi, Akademiyanın binasında onlara iclaslar keçirməyə şərait yaradırdı. 

İkincisi Heydər Əliyevin Bakıya dönməsinin aktiv tərəfdarı idi.

Eldar Salayev Azərbaycan xalqının ən şərəfli övladlarından biridir. Eldar Salayev uzun müddət SSRİ müdafiə nazirliyi, xüsusilə kosmos üçün cihazların kəşf edilməsi və istehsal edilməsi institunun rəhbəri işləyirdi. 

Eldar Salayevin adını az qala mənimlə birlikdə hansısa bir dövlət çevrilişində iştirak etməsində çəkilməsi, ancaq təsdiqini tapmadığı, yaramazın birinin böhtançı şəri ilə saxlanıldığını biabırçı bir fakt kimi qəbul etmək olar. 

Dövlət çevrilişi silahlı qüvvələrlə həyata keçirilir. Elm işçiləri, akademiklərlə yox. Bir yaramazın həbsxanadan xilas olması naminə nazirlərə və başqalarına böhtan atan birisinin adını nə mənim, nə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Salayevin adı ilə yan yana qoymaq olmaz. 

Eldar Salayevi yaddan çıxarmayıb bu yazını yazanlara təşəkkürümü bildirməklə yanaşı tanınmış şəxslər barədə yazanda obyektiv olmaqlarını arzu edirəm”.

Həmçinin oxuyun

Rəsul Quliyevin Bakıya qayıdışı niyə baş tutmadı? – AÇIQLAMA

Milli Məclisin sabiq spikeri, Amerikada yaşayan siyasətçi Rəsul Quliyevin sosial şəbəkə paylaşımları son zamanlar haqqında …