Bazar ertəsi , May 27 2019
Ana səhifə / Siyasət / “Bir uşaqdan ötrü məktəbə 9 nəfər getməsin” – Yol polisindən ÇAĞIRIŞ

“Bir uşaqdan ötrü məktəbə 9 nəfər getməsin” – Yol polisindən ÇAĞIRIŞ

Yeni tədris ilinin başlanması ilə əlaqədar “Diqqət uşaqlar” adı altında təhlükəsizlik ayına start verilib.  Bu barədə Modern.az saytına Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

Polkovnik bildirib ki, tədbir sentyabrın 10-dan oktyabrın 10-ə qədər davam edəcək:

“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bütün təhsil müəssisələrini 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzində birləşdirərək müəllim, valideyn və şagird kollektivi ilə görüş keçirəcək. Bu görüşdə “Yol hərəkəti haqqında” qanunun tələbləri azyaşlılara öyrədiləcək.

Bu ay çərçivəsində fərqlənən, ən yaxşı bilik və bacarıq nümayiş etdirən şagirdlər mükafatlandırılacaq. Bizim çalışırıq ki, azyaşlılar bu sahədə maariflənsin.

Çünki nəzərə almaq lazımdır ki, 2015-ci ilin 8 ayı ərzində ölkə üzrə 52 azyaşlının ölümü ilə nəticələnən nəqliyyat hadisəsi qeydə alınıb. Bundan başqa, qəzalarda 152 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Son illərin statistikasına nəzər salsaq, Bakı şəhəri üzrə təxminən hadisə sayı 60, ölüm sayı 30 nəfər azalıb. Bu, bizi ruhlandırır”.

Vaqif Əsədov sentyabrın 15-də bütün təhsil müəssisələrinin yol polisi əməkdaşlarının nəzarətində olacağını vurğulayıb:

“Bakı Şəhər Baş Polis İdarəsi rəhbərliyinin əmrinə əsasən, plan-tapşırıq tərtib edilib. Plana əsasən, paytaxt ərazisindəki 330-dan artıq təhsil müəssisi və məktəbəqədər təhsil müəssisələri əməkdaşlarımız tərəfindən nəzarətə götürülüb. Küçə və prospektlərə bitişik ərazilərdə bütün polis əməkdaşları xidmət aparır”.

Polis rəisi uşaqları birinci sinfə gedən valideynlərə  müraciət edib:

“Biz birinci sinfə gedən şagirdin yaxınları tərəfindən müşahidə edilməsinin əleyhinə deyilik. Amma bir uşaqdan ötrü ailənin 9 üzvü-ata, ana, nənə, baba, xala, bibi, əmi, dayı yığışıb gəlməsinlər. Həm də hərəkət edərkən bir nəqliyyat vasitəsindən istifadə etsinlər. Çünki hamının, özü də ayrı-ayrı avtomobillərdə getməsi əlavə sıxlıq yaranmasına səbəb olur. Nəzərinizə çatdırım ki, Bakıda dayanma-durmaya icazə verən parkmatlar quraşdırılıb. Sürücülərdən xahişimiz budur ki, avtomobillərini məhz bu pakamatlarda saxlasınlar”.

Həmçinin oxuyun

Elmar Məmmədyarov: “Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid edirəm”

“Ümid edirəm ki, Gürcüstan və Azərbaycan arasında qarşılıqlı anlaşma, müstəqillik və ərazi bütövlüyünə hörmətə əsaslanan …

Bir cavab yazın