Cümə , Yanvar 21 2022
Ana səhifə / Siyasət / Bir qərinə ömür yaşadıq qaçqın olaraq… – Təbriz Musayev

Bir qərinə ömür yaşadıq qaçqın olaraq… – Təbriz Musayev

23 Dekabr Deportasiya günüdür. Sovet Rusiyasının dəstəyilə 1988-ci ilin noyabr-dekabr aylarında ermənilərin indiki Ermənistan Respublikası ərazisindən soydaşlarımıza qarşı başlatdıqları son etnik təmizləmə prosesi başa çatdı. Nə az nə çox düz 33 il bundan əvvəl.., Bir qərinə ömür yaşadıq qaçqın olaraq..,

Nə dünya danışdı, nə də insan haqlarından böyük böyük danışan beynəlxalq təşkilatlar. Bu illər ərzində bir nəsil dəyişdi, o nəsilki dədə baba yurdlarımızın hər bir qarışında onların əl izləri ayaq izləri var. O yerlər, o torpaqlar, o yurdlar öz sahibini gözləyir.Nəysə ürək dağlayan fikirlər çox söyləmək olar. Əsas məsələ bu illər ərzində soydaşlarımızın Ermənistan tərəfindən pozulmuş hüquqları heç bir beynəlxalq təşkilat tərəfindən tanınmadı. Doğurdanmı belə də olmalıydı?

Əslində bu istiqamətdə çox işlər görüldü. Amma görülən işlərin soydaşlarımızdan (qaçqınlardan) başqa iş görənlərin çoxuna faydası oldu. Çox yanlışlıqlar oldu bu illər ərzində. Hətta 500 mindən çox qaçqın düşmüş soydaşlarımızın sayını 182500 nəfərə endirən təşkilatlar (“ağsaqqallar”) da oldu. Deyirəm heyif babalarımızın bizə verdiyi nəsihətlərdən və dədələrimizin bizə göstərdiyi yollardan. Görəsən niyə öz yolumuzla gedə bilmədik?

Bəlkə “batyalarının” göstərdikləri yollarla soydaş hüququ qorumaq istiyirlər?

Gileylənmirəm, bu 33 ildə itirdiklərimizdən heyifslənirəm..,33 ildə çəkdiklərimizi 33 kəlməynən tamamlamaq mümkün deyil..,

İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev

Həmçinin oxuyun

“Bakıdan yazılı cavab gözləyirik“ – Armen Qriqoryan

“Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün yazılı təkliflər göndərib, lakin hələlik cavab almayıb”. Yenisabah.az …