Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / “Bir də gördün yekəpər bir qadın zənbilini sürücünün başına çırpdı” – Deputat

“Bir də gördün yekəpər bir qadın zənbilini sürücünün başına çırpdı” – Deputat

“Operativ Qərərgahın bu mövzuda nə düşündüyünü bilmirəm, ancaq düşünürəm ki, nəqliyyatda daşınmanı yalnız avtobusların üzərinə yükləmək daha ciddi fəsadlara yol açacaq. Çox sayda vətəndaş bu məsələ ilə bağlı bizə müraciət edirlər və narahatlıqlarını çatdırırlar. Bunların çoxu da bizim seçicilər olduğuna görə biz də narahatlıq keçiririk”. 

Bunu deputat Fazil Mustafa deyib. O qeyd edib ki, metro olmadığına görə vətəndaş Bakıxanov qəsəbəsindən mərkəzə gəlmək üçün üç avtobus marşurutu dəyişir, həm işə gecikir, həm də virusa yoluxma riski ilə qarşılaşmalı olur: “Təsəvvür edin ki, iş yerlərinin bir qismi açılıb, avtobusdan başqa da ictimai nəqliyyat vasitəsi yox. Avtobus sürücüsü də məcburdur ki, yer oldu-olmadı işə tələsən adamları avtobusa yığsın. Sürücü üçün avtobusa daxil olanlardan maska taxmağı tələb etmək də praktik olaraq mümkünsüzdür. Həm də bizim cəmiyyətdə müsibətlə başa düşənlərin sayı nəsihətlə başa düşənlərdən qat-qat çox olduğuna görə, bir də gördün anlayışsız birisi qəlbinə dəyən sözə görə cumub sürücünü yumruqladı. Və yaxud yekəpər bir qadın zənbilini sürücünün başına çırpdı. Bu gün müşahidə etdim, avtobuslar ağzına qədər dolu, əksəriyyəti də maska taxmayıb. Bundan rahat koronavirusun yayılma şəraiti ola bilərmi?” 

Deputat qeyd edib ki, ilkin olaraq həm metronun, həm də dairəvi hərəkət qatarının xidmətə başlaması zəruridir: “İlkin olaraq metro səhər saat 08.00- 11.00 arası, sonra isə saat 16.00-20.00 arası işləyə bilər. Bu işə gedib-gəlmə saatlarının sıxlığını götürmək üçün məqsədəuyğun olardı. Ancaq heç bir halda metroya maskasız şəxs buraxılmamalıdır. Bu qayda qatarlarda da təmin olunmalıdır. Apteklərdə apardığım müşahidələr onu göstərir ki, maska qıtlığı artıq sezilmir. Yəni bəhanələr də əvvəlki kimi aktual deyil. Bu halda həm avtobusların yükü azalar, həm təhlükəsizlik təmin olunar, həm də sıxlığın qarşısını almaq olar”.

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …