Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Binəqədidəki faciə cinayətkar əməllərin nəticəsidir” – Deputat Tahir Rzayev

“Binəqədidəki faciə cinayətkar əməllərin nəticəsidir” – Deputat Tahir Rzayev

Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın faciəsi ölkədə hər kəsi ciddi sarsıdıb. Bu hadisə haqda Modern.az saytına danışan deputat Tahir Rzayevin sözlərinə görə, hadisə zamanı həlak olanların faciəsi hər bir Azərbaycan vətəndaşının faciəsidir:

 

“Bu hadisədən siyasi məqsədlər və kimisə nahaq yerə ləkələmək üçün istifadə etmək olmaz. Bu faciəyə cavabdeh olan və məsuliyyət daşıyan insanlar müəyyən edilməli, faktlar dəqiq araşdırılmalı və günahkarlar ciddi cəzalandırılmalıdır. Çünki bu çox böyük məsuliyyətsizliyin və həm də özbaşınalığın, bəzi şəxslərin cinayətkar əməllərinin nəticəsidir. Prezident İlham Əliyevin baş vermiş yanğınla bağlı gördüyü tədbirlər, verdiyi tapşırıqlar, zərərçəkənlərə göstərilən diqqət və qayğı, günahkarların cəzalandırlıması haqqında söylədiyi fikirlər bütün xalqın ürəyindən xəbər verdi”.

Deputat onu da qeyd edib ki, ölkə vətəndaşları insan tələfatına səbəb olan bu yanğında məsuliyyət daşıyan hər bir kəsin cəzasını alacağına əmindir:

“Əgər belə olmasa, var-dövlət hərisi olan bir qrup insanın çirkin əməlləri dövlətimizin imicinə, xalqımızın həyatına böyük zərbələr vura bilər. Digər tərəfdən, bu hadisə azərbaycanlıların nə qədər qorxmaz, vətənpərvər, şücaətli olduğunu bir daha ortaya qoydu. Əgər polis, FHN-nin müvafiq işçiləri, ayrı-ayrı vətəndaşlar yanğın zamanı qətiyyət nümayiş etdirməsəydilər, itkilərimizin sayı daha da çox ola bilərdi. Ancaq vətəndaşlarımız heç nədən qorxmadan, özlərini alovun içərisinə ataraq bu dəhşətli yanğından insanları xilas etdilər. Onların çoxu xəsarət alsa da, peşmançılıq çəkmir, əksinə qürur duyurlar. Bu insanlar ən böyük hörmətə layiqdirlər. Sözsüz ki, onların qəhrəmanlıqları qiymətləndiriləcək”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın