Ana səhifə / Siyasət / Binəqədidə yanan binada təmir işləri sürətlənib: Sakinlər narazıdır REPORTAJ, FOTOLAR

Binəqədidə yanan binada təmir işləri sürətlənib: Sakinlər narazıdır REPORTAJ, FOTOLAR

Binəqədi rayonu, Azadlıq prospektində, yanan hündürmərtəbəli yaşayış binasında təmir işləri davam edir. “Azəraqrar” ASC tikinti şirkəti ərəfindən aparılan təmir işləri sentyabrın15-də yekunlaşacaq.
Təmir işlərinin nə yerdə olduğunu öyrənmək üçün “musavat.com”-un əməkdaşı yanan binaya baş çəkərək, mövcud durumla maraqlanıb. 16 mərtəbəli binaya təmir-bərpa işləri üçün xeyli sayda işçi cəlb olunub. Bina demək olar ki, sıfırdan təmir olunur. Binanın fasadının üzlənməsi və mənzillərin təmiri işləri paralel şəkildə aparılır.
Binanın təmirinə nəzarət edən sahə rəisi Vüqar Əliyev  yenidənqurma işlərinin hansı mərhələdə olduğu barədə məlumat verib: “Təmir bərpa işləri 3 növbəli aparılır. Təqribən 400-ə yaxın usta və fəhlə çalışır. Məqsədimiz sentyabrın 10-dək bütün işləri yekunlaşdırmaqdır.  Binada su, elektrik və sair kommunal xətlər sıradan çıxdığı üçün onları yenidən çəkmək xeyli zamanımızı aldı. Bütün elektrik və santexnik işləri yeniləri ilə əvəz olunur. Vaxtımız az olduğu üçün gecə növbəsində də, fasiləsiz çalışırıq. Mənzillərin hamısı standart qaydada təmir olunur, lazımı materillar eyni şəkildə tətbiq olunur, mənzillərə heç bir fərq qoyulmur”.
Binanın fasadına gəlincə, Vüqar Əliyev Ukraynadan gətirilən yanmayan örtük materilınadan istifadə ediləcəyini bildirdi: “Ukraynadan gətirilən örtük material möhkəm və keyfiyyətlidir.  Heç bir təhlükəsi yoxdur. Bu örtüklərin tərkibi daş və gildən ibarətdir. Yanma ehtimalı sıfıra bərabərdir. Binanın fasad isə suvanacaq və emussiya ilə boyanacaq”.
Çəkiliş zamanı ərazidə mənzil sahibləri gözə dəymirdi. Bunun səbəbini sahə rəisi belə izah etdi: “Əvvəl binanın təmirinə yeni başlayanda, ilkin mərhələdə mənzil sahibləri rahat şəkildə içəri daxil olurdular. Hazırda döşəmə işləri getdiyini üçün sakinləri buraxılmasına qadağa qoyuldu. Bu isə mənzil sahiblərinin etirazına səbəb oldu. Lakin üzərimizə götürdüyümüz iş böyük məsuliyyət tələb edir. Binanın fasadında qaldırıcı kranlar işləyir. Sakinlər təhlükə ilə qarşılaşa bilərlər. Hər hansı bir əşya və ya daş düşə bilər. Təhlükəli olduğu üçün girişə qadağa  qoyulub. Bir neçə sakin şikayət edir ki, guya təmir işləri mənzil sahiblərindən gizlədilir. Əslində bu belə deyil. Biz bu məsələ ilə bağlı sakinlərə də bildirmişik. Həftənin müəyyən edilmiş günlərində hər hansı şikayətləri varsa aidiyyatı qurumlarla gəlib baxa və öz iradlarını bildirə bilərlər”.
Sakinlərin aparılan təmir işlərinə münasibətini öyrənmək üçün yanan binada məzil sahibi olan Füzuli adlı şəxslə telefon bağlantısı yaratdıq. Zərərçəkən təmir işlərindən razı qalsa da, mebel və digər məişət avadanlıqlarının verilməməsinə narazılığını bildirib: “Yanğının səhəri gün dəymiş zərəri 75 min manat hesabladılar. Evimdə qiymətli kondisionerlərim, televizorlarım yandı. Bunun qarşılığında bizə heç nə verilmir. Guya ki, 30 min manat dəyərində mebel verəcəklər. Mən özlərinə də demişəm ki, mebelin əvəzinə mənə pul verin. İstəyirsinizsə, 10-15 min manat pul verin. Mən öz seçdiyim mebel avadanlıqlarını alım. Eyni qaydada bütün mənzil sahiblərinə mebel verilməsi düzgün deyil. Deyirlər, narahat olmayın mebelleriniz “Embawood”dan olacaq. Axı “Embawood”dan olanda nə olur ki, elə mebel var ucuz və keyfiyyətsizdir. Bu baş aldatmaq kimi bir şeydir. Bütün sakinlər mebel məsələ isə bağlı narazıdır. Bu barədə Hacıbala Abutalıbova da, müraciət etmişik”.
Xatırladaq ki,yanğın zamanı həlak olunan vətəndaşlar dövlət səviyyəsində dəfn olunub.Bundan əlavə həmin ailələrə 15 min manat kompensasiya verilib.Ümumilikdə isə zərərçəkən binanın sakinlərinə ayrı-ayrılıqda 20 min manat kompensasiya geyim və lazımı avanlıqlar üçün verilib.


















Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın