Ana səhifə / Siyasət / Binəqədidə etiraz aksiyası keçirilir – FOTOLAR, VİDEO

Binəqədidə etiraz aksiyası keçirilir – FOTOLAR, VİDEO

Binəqədi rayonu, Matadrom qəsəbəsinin sakinləri etiraz aksiyası keçirirlər.
Musavat.com xəbər verir ki, 100-ə yaxın sakin Bakı-Sumqayıt magistral yolunu bağlayıb və nəticədə nəqliyyatın hərəkəti məhdudlaşıb.
Onlar yaşadıqları ərazinin yaxınlığında metronun “Avtovağzal” stansiyasının depo tuneli qazıldığı üçün yeraltı təkanlar nəticəsində evlərinə zərər dəydiyini bildirirlər.
Qəsəbə sakinləri bildirirlər ki, 70-ə yaxın evə zərər dəysə də, aidiyyatı qurumlar onların problemləri ilə maraqlanmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əhalini ərazidən uzaqlaşdırmağa çalışırlar.
Binəqədidə etiraz aksiyası keçirilir





Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın