Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Binəqədidə 16 mərtəbəli bina bütövlükdə yanır – Sakinlər alovun içində qalıblar (VİDEO) Yenilənir)

Binəqədidə 16 mərtəbəli bina bütövlükdə yanır – Sakinlər alovun içində qalıblar (VİDEO) Yenilənir)

Binəqədi rayonu Azadlıq prospektində – Rayon İcra Hakimiyyətinin yaxınlığında 16 mərtəbəli yaşayış binasında güclü yanğın başlayıb. 

Strateq.az xəbər verir ki, bu dəqiqələrdə yanğın bütövlükdə binanı çənginə alıb. Ərazidə təhlükəsizlik çəmbəri yaradılıb, yanğınsöndürənlər cəlb olunub. Amma yanğının qarşısını almaq mümkün deyil.

Sakinlər deyirlər ki yanğın binanın yeni üzlüyü – penaplasdan başlayıb. Əlavə məlumat veriləcək.

***

Azinforum.az-ın əməkdaşı xəbər verir ki, bu dəqiqələrdə sakinlərin kor-təbii evakuasiya həyata keçirilir. Daha dəqiqi, sakinlər özləri ərazidən qaçırlar. Maraqlıdır ki, əraziyə gedən yollarda tixac yaransa da, bu problemi həllinə çalışan da yoxdur. Bu da digər yanğınsöndürənlərin  əraziyə cəlb olunmasına imkan vermir…

****

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, yanan binada əhalinin çıxarılması qeyri-mümkün olub. Binanın üst mərtəbələrindən sakinlər bağıraraq yardım istəyirlər. Lakin hələ də onları bu dəqiqələrə (11.35) qədər xilals etmək olmur. Alov aşağıdan yuxarı binanı bütövlükdə cənginə alıb… 

***

11.44. Bir nəfər 15-ci mərtəbədən əl edərək xilas edilməsini istəyir. Amma hələ də əraziyə qaldırıcı kran və digər vasitələr cəlb olunmayıb. Sakinlərin ümidi Allaha qalıb. Yanğının qarşısını da almaq mümkün olmayıb..

11.50. Əməkdaşımız xəbər verir ki, yanğından xeyli xəsarət alanlar var. Təcili yardım maşınları onları xəstəxanaya daşıyır.

11.52. Yanğın 9-cu mərtbəyə çatıb. Yanğın söndürənlər isə yalnız 5-ci mərtəbəyə qədər müdaxilə edə bilirlər. Yanğın yuxarı mərtəblərə doğru sürtələ irəlilləyir. Bina 1 bloklu olduğundan mənzillərdə olanların xilası da çətinləşib…

11.58. Əməkdaşımız özünü 8 mərtəbədən ataraq ölən sakinlə bağlı dəqiqləşdirmə aparmağa çalışır. Ancaq rəsmilər hələki ölüm faktını təsdiq etmir…

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın