Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Binəqədi rayon rəsmisi : “Qalx ayağa Azərbaycan”

Binəqədi rayon rəsmisi : “Qalx ayağa Azərbaycan”

Azinforum.az Binəqədi İcra Hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarovanın  28 may bayram günü ilə bağlı bölüşdüyü fikirləri təqdim edir:

“Cümhuriyyətim! Adın gələndə ruhumuzu lərzəyə gətirən böyük Azərbaycanım! Sən əsrlərin astanasında savaşlardan çıxdın. Qalib oldun, qələbələr yaşadın, vuruldun, yenə qalxdın. Sarsılmadın. Çünki sarsılmağına izn vermədik. Biz izn vermədik! İtirdik sənə sadiq olanları.. Ağladıq.. Amma toparlandıq. Yeni qələbələrə, yeni uğurlara səni aparmaq üçün. Biz içimizdə bir-birilə daim anlaşılmayan bir bölgünün mübarizəsini apardıq, fəqət hər birimizi bir amal birləşdirdi- o, SƏNSƏN . Biz hər birimizi ayrılıqda tək idik. Sənin üçün bir olduq! Keç günahımızdan. Bəzən qalxan, oyanan eqomuzda səni unutduğumuz anlarda keç günahımızdan. Sənin üçün ölümə gedərik dediyimiz anda eyni istəyi ayrı cəbhələrdə davam edərkən sənə vurduğumuz zərbələrə görə keç günahımızdan. Unutma! Biz sənin üçün dünyanın hər yerində AZƏRBAYCAN TÜRKÜ deyə çağırılırıq. Heç bir liderin – Babəkdən bu tərəfə dilində sənin adın olmayan cümlə belə olmadı. “Mən həmişə səninləyəm Azərbaycan”, – dedik. “Qalx ayağa Azərbaycan”,- dedik. “Nə yatmısan qoca vulkan”,- dedik. ” Sən bizimsən, bizimsən vurduqca damarda qan yaşa yaşa min yaşa ey şanlı Azərbaycan”,- dedik. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”,- dedik.

Azərbaycan, dünyanın harasında oluruqsa olaq biz sənin üçün ürəyi çırpınan çoxmilyonlu Azərbaycan türkləriyik! Sənə sonsuz varoluş, əbədi əzəmət və Qarabağla birgə qüdrət arzu edirik! Biz səninlə güclüyük!”

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın