Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Binəqədi icra başçısıdan Hacıbala Abutalıbova şikayət

Binəqədi icra başçısıdan Hacıbala Abutalıbova şikayət

Binəqədi qəsəbəsi 1-ci mədən, 22-ci korpusda yaşayanlar Moderator.azvasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək yaşadıqları qəsəbənin yollarının bərbad vəziyyətdə olmasından şikayətlənirlər.
Sakinlər bildirir ki, qəsəbənin yolları çox bərbad gündə, asfalt örtükləri yararsız vəziyyətdədir.
Sakinlər qeyd edirlər ki, bununla bağlı dəfərlərlə Binəqədi rayon icra hakimiyyətinə müraciət ediblər, ancaq şikayətlərinə baxan yoxdur: “Biz qəsəbə sakinləri Hacıbala Abutalıbovdan xahiş edirik ki, bizə şikyətimizin təmin olunmasında köməklik etsin”.
Şikayətçilər onu da qeyd edirlər ki, gecə işıqları yolun 200 metrinə qədər çəkilib, sonra isə işi yarımçıq halda qoyub gediblər.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın