Çərşənbə , Mart 27 2019
Ana səhifə / Siyasət / Binəli Yıldırım Bakıda – Əliyevlə görüşdü

Binəli Yıldırım Bakıda – Əliyevlə görüşdü

Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanda rəsmi səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, baş naziri Heydər Əliyev adına hava limanında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və digər rəsmilər qarşılayıblar.

Yıldırım Bakıya həyata yoldaşı Semiha Yıldırım və rəsmi şəxslərin müşayiəti ilə gəlib.

Binəli Yıldırım səfər çərçivəsində prezident İlham Əliyevlə görüşüb. Eyni zamanda, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rasizadə ilə görüşü nəzərdə tutulub.


Həmçinin oxuyun

Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və …