Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Bilmirəm gəlini hara aparacağıq…”- Yanan binada toy

“Bilmirəm gəlini hara aparacağıq…”- Yanan binada toy

Dünən Bakının Nobel prospektində yanan 9 mərtəbəli bina sakinlərinə artıq kirayə pulları paylanıb.

 Azinforum.az ”nun lent.az-a istinadən məlumatına görə, yanğından binanın bu gün toyları olan sakinləri də zərər çəkib.

Qız evi 8-ci, oğlan evi isə 2-ci mərtəbədə yaşayır və dünən axşam onların ikisinin də evi yanıb. Amma bu gün toy eləməyə məcburdurlar. Ali Hərbi məktəbi bu il bitirəcək oğlanın atası Əli Məmmədov bildirir ki, dəvətnamələr paylandığından toyu təxirə sala bilməzlər: “Heç bilmirəm nə olacaq, necə olacaq. Onların da, mənim də evim yanıb. Gəlini hara aparacağıq, elə onu düşünürəm”.

Qeyd edək ki, binanın yanğından mühafizə olunmuş hissəsinin sakinləri artıq evlərinə dönüblər.

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın