Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / “Bilməzdik ki, atəşkəs haqqında sənədi ortalığa atanların məkrli niyyətləri də varmış”

“Bilməzdik ki, atəşkəs haqqında sənədi ortalığa atanların məkrli niyyətləri də varmış”

Tanınmış hərbi ekspert, 1993-94-cü ildə Fuzuli istiqamətində ermənilərə sarsıdıcı zərbə vuran briqada komandirinin müavini, ehtiyyatda olan polkovnik-leytenat Üzeyir Cəfərov atəşkəsin 25 ilinin tamam olmasını Moderator.az-a şərh edib:

“Mayın 12-də tarixdə adı “Bişkek protokolu” kimi qalacaq atəşkəs haqqında Azərbaycanla-Ermənistan arasında müharibənin dayandırılmasına səbəb olan sənədin imzalanmasının 25 ili tamam olur. İndiyə kimi yaxşı yadımdadır ki, o sənəd imzalananda mən Füzüli döyüş briqadasının komandir müavini vəzifəsində xidmət keçirdim. Və düşmən üzərində ordumuzun o vaxt Silahlı Qüvələrimiz, xüsusən də bizim briqada çox uğurlu əməliyyatlar aparırdı. Çox qısa müddətdə erməni-rus birləşmələri tərəfindən işğala məruz qalan ərazilərimizin xeyli hissəsi ordumuzun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqları sayəsində geri alınmışdı. Şəxsi heyətdə çox böyük ruh yüksəkliyi var idi və yaramaz erməni-rus muzdluları murdar canlarını xilas etmək üçün yollar arayırdılar. Bütün bu uğurların fonunda Rusiyanın, Qazaxıstanın və Belarusiyanın o vaxtkı rəhbərləri çox hiyləgər bir gediş etdilər və Azərbaycan tərəfi də onların təklifinə razılıq verib atəşkəs haqqında danışıqlara getdi, həmən Bişkek protokolu imzalandı. 
İndi çoxları deyir ki, gərək biz o vaxtı atəşkəsə razılaşmayaydıq. Yəni, ordumuz düşmənə sarsıdıcı zırbələri vurmuşdu və bunu görən, hiss edən rusların, qazaxların və digər xristian birliyinə yaxın olan qüvvələr müsəlman dünyasında müstəqil dövlət kimi o qədər də böyük dövlətçilik təcrübəsi olmayan Azərbaycanı atəşkəs sazişini imzalamağa razı saldılar. Şəxsən mənim mövqeyim o vaxt belə idi ki, həqiqətən də atəşkəs lazım idi və bu daha çox fiziki və mənəvi tükənməkdə olan qoşun və birləşmələr üçün həm nəfəs alamaq, həm də təzədən güc toplayıb yeni döyüşlərə addımlamaq baxımından çox zəruri idi. Amma, biz bilməzdik ki, bu zəhrimara qalmış atəşkəs haqqında sənədi ortalığa atan yaramazların digər məkrli, çirkin niyyətləri də var imiş. Biz bunu bir neçə ildən sonra aydın dərk etməyə başladıq. Və indi çoxları kimi, mən də çox peşmanam ki, biz vicdansız, bivec ATƏT-in Minsk qrupu adında bir hoqqabaz, hiyləgər, sırf erməni maraqlarını müdafiə edən, onu ciddi cəhdlə müdafiə edən bir beynəlxaql dələduzların yığnağının bundan sonra da hələ nə qədər uzanacağını dəqiq bilmirik. Bir şey təsəlli verir ki, 2016-cı ilin məlum aprel hadisələri zamanı Azərbaycan Əsgəri həmən o vicdansız Minsk qrupuna, bütün dünyaya sübut etdi ki, artıq ordumuz 90-cı ilin parəkəndə, maddi və mənəvi imkanları zəif olan ordusu deyil. İndi ordumuz dünyanın 50 ən yaxşı, təchizat, təminat baxımından hərtərəfli hazırlıqlı ordularından biridir. Və inşallah çox tez bir zamanda biz nəhayət ki, bu yaramaz erməni-rus separatçılarını, həmçinin onlara havadarlıq edən gücləri məcbur edə biləcəyik ki, onlar Azərbaycanın işğal altında qalan ərazilərindən cəhənnəm olub çıxısınlar.
Şəxsən mən bunu böyük ümidlə gözləyirəm və hiss edirəm. Son vaxtlar Qarabağ ətrafında böyük güclər çox çirkin və məkrli planlar üzərində çalışırlar. Amma, atıq necə deyərlər, bıçaq sümüyə dirənib. Düşmənə və havadarlarına heç bir güzəşt və kompromis olmamalıdır və olmayacaq inşallah. Bunu bütün Azərbaycan sevdalı, Qarabağ həsrətində olan millətimiz və xalqımız həm istəyir və tələb edirlər. İnanıram ki, bu 25 illik lənətlənmiş atəşkəs haqqında sənəd üçün 2019-cu il sonuncu il olacaq. Tanrı Azərbaycanımızı və Əsgərlərimizi qorusun. Bizim işimiz haqq işidir və biz bunu bütün dünyaya sübut edəcəyik. O gün elə də uzaqda deyil”.

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …