Çərşənbə , May 22 2024
Ana səhifə / Siyasət / BİHK 38 məhbusun əfvi ilə bağlı Prezidentə müraciət edib

BİHK 38 məhbusun əfvi ilə bağlı Prezidentə müraciət edib

Bakı İnsan Hüquqları Klubu (BİHK) gözlənilən əfv aktı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyevə müraciət edib.

BİHK-nin sədri Rəsul Cəfərov 28 May Müstəqillik Günündə əfv sərəncamının gözlənildiyini deyib.

Rəsul Cəfərov təşkilatın siyahısında 38 nəfərin adının olduğunu vurğulayaraq bildirib ki, bu, 2016-2018-ci illərdə həbs olunmuş və işgəncələrə və əsassız həbsə məruz qalmış “Tərtər işi”nin fiqurantlarıdır:

“Bundan başqa, siyahıda “Gəncə işi” (1918-ci il) və “Tovuz işi” (2022-ci il) üzrə həbs olunmuş dindarlar, habelə müxalifət nümayəndələri və ömürlük həbs cəzası çəkən dörd nəfərdir (üçü “XTPD işi” (1995) üzrə həbs olunanlar)”.

Foto: Rəsul Cəfərovun şəxsi arxivindən

Son aylarda həbs olunmuş “AbzasMedia”, “Toplum TV” və “Kanal-13″ün jurnalistlərinə gəlincə, Cəfərov onların hələlik istintaq altında olduqlarına işarə edib:

“Əfv isə artıq mühakimə olunmuş şəxslərə aid olduğuna görə siyahıda onların adları yoxdur”.

Aprelin 3-də Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxıldığı deyilir.

Həmçinin oxuyun

Nə qərb , nə də ABŞ Azərbaycanın düşməni deyil.

Bəzi kiçik siyasi spikulyasiyalar görə geniş Qərb anlayışı və ABŞ barədə daşqalaq ritorikasını doğru hesab …