Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Siyasət / “Beyrutdan 100-150 erməni ailəsini Qarabağa gətirdə bilərik…”

“Beyrutdan 100-150 erməni ailəsini Qarabağa gətirdə bilərik…”

Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin rəhbərliyi hüquqi-tarixi torpaqlarımızla bağlı özbaşına qərarlar verməkdə davam edir.
“Dağlıq Qarabağın hakimiyyəti dəhşətli partlayışın baş verdiyi Beyrutdan 100-150 erməni ailəsini qəbul etməyə hazırdır…”
Moderator.az xəbər verir ki, Rusiya mediasında yayılan məlumata görə, bu sözləri qondarma separatçı rejimin Şuşada and içmiş üzdəniraq rəhbəri Arayik Arutyunyan “Böyük Kilikiya Evi”nin rəhbəri adlanan Livandakı  erməni katolikosu I Aramla telefon danışığında söyləyib. 
“Prezident katolikos I Aram  ilə danışdı və Beyrutdakı zərər çəkmiş erməni ailələrini qəbul etməyə və Livan ermənilərinə dəstək olmaq üçün müxtəlif proqramlar həyata keçirməyə hazır olduğunu bildirdi” – bunu Rusiya mediasına açıqlamasında  A.Arutyunyanın mətbuat katibi Vaqram Poqosyan deyib.

Həmçinin oxuyun

“Azərbaycan tarixi bir fürsət əldə edib”

İrəvan Türk Cümhuriyyəti cəbhədə baş verən gərginliklə bağlı  bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistanın Azərbaycanın dinc …