Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Beynəlxalq Diaspor Mərkəzi beynəlxalq konfrans keçirdi

Beynəlxalq Diaspor Mərkəzi beynəlxalq konfrans keçirdi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Ərazilərinin Erməni Silahlı Birləşmələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətlədirilməsi Üzrə İşçi Qurupu və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) birgə təşkilatcılığı ilə beynəlxalq konfrans keçirilmişdir. Konfrası giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev Bakıda keçirilmiş ilk Avropa oyunları və bu oyunlarda ikinci yeri qazanması münasibəti ilə tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını təbrik etdi. Daha sonra İşçi Qurupunun rəhbəri Xanhüseyn Kazımlı məruzə ilə çıxış edərək rəhbərlik elədiyi Azərbaycan Ərazilərinin Erməni Silahlı Birləşmələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi Üzrə İşçi Qurupunun göstərdiyi fəaliyyət haqqında ətraflı məlumat verərək erməni təcavüzü nəticəsində ölkəmizə dəymiş ziyanla bağlı statistik rəqəmlər açıqladı. Eyni zamanda, millət vəkili öz məruzəsində ölkəmizin işğala məruz qalmasına baxmayaraq bütün sahələrdə xüsusi ilə iqtisadi inkişaf baxımından regionun əsas dövlətlərinən biri olduğunu qeyd etdi. Məhz bu inkişafın nəticəsidir ki, ilk Avropa oyunları böyük təmtəraqla Azərbaycanda keçirildi.

Konfransda iştirak edən Beynəlxalq Avrasiya Qiymətləndirmə Asosasiyasının baş direktoru Trifonov Nikolay Yureviç, Gürcüstandan David Gatenadze, millət vəkili İlyas İsmayılov, BDM sədrinin müavini Samir Adıgözəlli, Maskvadan vokalist Tərlan Şəhbazı, BDM-in Yaxin Şərq üzrə nümayəndəsi Aleks Şapiro Süleyman, MQF idarə heyətinin üzvü İradə Rizazadə və başqaları çıxış edərək Bakı 2015 ilk Avropa oyunlarının ən yüksək səviyyədə keçirilməsindən Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan danışdılar. Daha sonra İşçi qurupu tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fərqlənən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olundu. Tədbirin sonunda Sevinc Tofiqqızının ilk Avropa oyunlarına bəstələdiyi yeni klipi nümayiş etdirildi. Tədbirdə Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Qırğızıstan, Tataristan və İsraildən qonaqlar iştirak etmişdir. b1 b

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın