Ana səhifə / Siyasət / Beynəlxalq Bankın filial müdirləri işdən çıxarıldı

Beynəlxalq Bankın filial müdirləri işdən çıxarıldı

Beynəlxalq Bankdan miyonlarla kredit alıb qaytarmayanlara qarşı əməliyyatların getdiyi bir vaxtda  bankda kadr islahatları da davam edir. İslahat dalğası artıq yerli şöbə və filiallara da çatıb. Fins.az-ın məlumatına görə, son 10 gün ərzində bankın bir neçə filialının müdiri işdən azad olunub. 
Məlumatı verən mənbənin sözlərinə görə, hələlik işdən azad olunanlar Qazax və Şəki şöbələrinin rəhbərləridir. Fəaliyyətində problemlər olduğu deyilən hər iki şəxsin yerinə artıq yeni təyinat olduğu da bildirilir. Bankdakı mənbə onu da qeyd edib ki, yaxın dövr ərzində bankın digər filial və şöbələrinin rəhbərləri dəyişdiriləcək. Növbəti dəyişiklik ünvanı kimi isə Şəmkir filialının adı çəkilir.
Beynəlxalq Bankın mətbuat xidmətinin  rəhbəri Yadigar Cəfərli bildirib ki, hər bir qurumun daxilində kiminsə işdən çıxarılması və yeni təyinatın olması normal qarşılanmalıdır. Beynəlxalq Bankın Qazax filialından isə məlumatı təsdiqləyiblər. Filialdan bildirilib ki, keçmiş müdir Almaz Carçıyevin yerinə Rahib Vəliyev təyin olunub. Bankın Şəki filialından da bildirilib ki, rəhbərlikdə dəyişiklik baş verib və keçmiş müdir Mehman Mikayılovun yerinə Rahib Nəzirli təyin olunub.
Qeyd edək ki, Beynəlxalq Bankın 35 filialı və 42 şöbəsi fəaliyyət göstərir.
Bu arada Beynəlxalq Bank “AzərSənaye İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. Bank kredit borcunun tutulmasına dair iddia qaldırıb. Kredit borcunun məbləği açıqlanmır. İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, “AzərSənaye İnşaat” şirkəti tikinti sahəsində fəaliyyət göstərən iri şirkətlərdən biridir. Şirkət Azərbaycanın tikinti bazarında artıq 2007-ci illərin sonlarından fəaliyyət göstərir. Eyni zamanda müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumları və özəl şirkətlərlə, biznes dairələri və xarici partnyorları ilə də əməkdaşlıq edir. Şirkətin tərkibinə “Air Ventilation Systems”, “HİTACHİ İnspire the Next”, Rusiyada “İnterRostStroyEngineering” və Turkiyədə “Pyramidal” fəaliyyət göstərən törəmə şirkətlər daxildir.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın