Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Beynəlxalq Bankdan daha bir şikayət – “Əlil olan ərimin adına…”

Beynəlxalq Bankdan daha bir şikayət – “Əlil olan ərimin adına…”

Bir neçə aydır ki, Beynəlxalq Bankla oliqarxların kredit savaşı davam edir. Sadə vətəndaşların “Qafqazinfo”ya bankdakı kredit qalmaqalları ilə bağlı şikayətlərindən məlum olur ki,  təkcə iş adamları Beynəlxalq Bankla problem yaşamır.

Onlardan biri də bank əməkdaşı ilə kürəkəninin birgə dələduzluğuna məruz qalan Zərdab rayon sakini Məmmədova Dilşad Misir qızıdır. “Qafqazinfo”ya müraciət edən qadın bankla bağlı yaşanan vəziyyətdən sonra çarəni özünü öldürməkdə gördüyünü bildirib:

“Həyat yoldaşım Məmmədov Seran Nadir oğlu 2002 ci ildə beyin infarktı keçirib. Əvvəlcə 2-ci qrup əlil, son komissiyada isə vəziyyətinin ağır olduğu üçün 1-ci qrup əlil kimi qeydiyyata alınıb. Bu il yanvar ayının 9-da keçmiş kürəkənim Zərdab rayon sakini Məmmədov Ruslan Fərhad oğlu həyat yoldaşımın adına kredit götürmək istədiyini dedi və mən buna razı olmadım. Ancaq mən evdə olmadığım zaman o həyat yoldaşımı banka aparıb və Beynəlxalq Bankın Ucar rayon şöbəsinin kredit işçisi Nuhov Valeh ilə əlbir olaraq həyat yoldaşım Məmmədov Seranın adına 1600 manat dəyərində kredit rəsmiləşdirib”.

Dilşad Məmmədovanın sözlərinə görə, onlar bu kreditdən ancaq keçmiş kürəkəni aylıq ödənişi dayandırdığı zaman xəbər tutublar: “Krediti götürdükdən sonra Ruslan Məmmədov bir-iki ay ödəniş edib, sonra ödənişi dayandırıb. Həyat yoldaşımın xəstəliklə bağlı aldığı müavinətdən hər ay 72 manat bank tərəfindən avtomatik olaraq götürülür. Kredit həyat yoldaşımın adına yazılsa da, zamin duran şəxs isə krediti faktiki götürən Ruslanın anasıdır. Belə ki, Ruslan kredit götürülən zaman zamin lazım olduğu üçün bank işçisinin məsləhəti ilə saxta şəkildə öz anasınıda zamin olaraq kredit müqaviləsinə yazdırıb. Artıq dərəcədə xahiş edirəm Beynəlxalq Bankın Göyçay Filialı Ucar Şöbəsi rəhbəri Taryel Mustafayev, bankın kredit mütəxəssisi Nuhov Valeh, krediti götürən Məmmədov Ruslan haqqında cinayət işi açılsın. Və kredit müqaviləsi zamanı zamin kimi rəsmiləşdirilmiş şəxs, kredit götürülən zaman Zərdab rayonundan Ucar rayonuna həyat yoldaşımı və Ruslanı aparan taksi sürücüsü və bu işdən xəbərdar olan digər şəxslər araşdırılaraq istintaqa çağrılsın, şahid kimi dindirilsin. Yoxsa artıq mənim özümü öldürməkdən başqa çarəm qalmayıb”.

Məsələ ilə əlaqədar olaraq Beynəlxalq Bankın Ucar filialının müdiri Tariyel Mustafayev ilə əlaqə saxlasaq da, o, açıqlama vermək istəmədiyini deyib.

 

Beynəlxalq Bankdan daha bir şikayət -  “Əlil olan ərimin adına...”
Beynəlxalq Bankdan daha bir şikayət -  “Əlil olan ərimin adına...”
Beynəlxalq Bankdan daha bir şikayət -  “Əlil olan ərimin adına...”

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın