Ana səhifə / Siyasət / Beyləqanın icra başçısı jurnalisti kabinetində niyə döyüb? – Qalmaqal

Beyləqanın icra başçısı jurnalisti kabinetində niyə döyüb? – Qalmaqal

Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Abdullayev Vaqif İdris oğlu yaşlı jurnalisti qəbula çağıraraq döyüb. İsmayıl Şahsevənlini Beyləqan RPŞ-nin rəisi Fizuli Şıxaliyev icra hakimiyyətinin binasına dəvət edib. Nə ilə bağlı dəvət edildiyini xəbər alan həmkarımız İsmayıl Şahsevənli dəvət olunan yerə gəlib. İH-nın qəbul otağına girən jurnalistə icra başçısı məmur etiqasını unudaraq hücüm çəkib. Özündən 7 yaş böyük olan ağsaçlı qələm sahibini təhqir edərək döymüşdür. BakuNews.az-a daxil olan məlumatın dəqiqliyini aydınlaşdırmaq məqsədi ilə İ.Şahsevənli ilə əlaqə saxladıq. Həmkarımız jurnalist fəaliyyəti dövründə bu qədər əxlaqsızlıqla qarşılaşmadığını və bir məmurun jurnalistə qarşı nifrətinin pik həddini gördüyünü vurğuladı. Jurnalist onuda qeyd etdiki əslində icra hakimiyyətinə nəyə görə çağrıldığını və niyə döyülərək təhqir edildiyinidə bilmədiyini dedi. RPŞ-nin rəisi F.Şıxəliyevin gözləri qarşısında döyülən qocaman jurnalistin son ümüd yeri yenədə medianın daimi Dostu Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları oldu.

Polis rəisi çağırdı, İCRA BAŞÇISI DÖYDÜ – JURNALİSTİ (ŞOK)

İsmayıl Şahsevənli BakuNews.az-a bildirib ki, “İcra başçısı ölkəni tərk etməyim üçün mənə 10 gün müddət verib. Ölkədən çıxmayacağım təqdirdə isə məni ya həbs etdirəcəyin və ya öldürəcəyin bildirib. Həbs edilməyimlə bağlı Beyləqan rayon prokroruna və məhkəmə sədrinə artıq göstəriş verilib. Məndə öz növbəmdə xarici ölkə səfirliklərinə müraciət etmişəm həyatım təhlükə altındadır.”

Son günlər media əməkdaşlarının və şəhid ailələrinin bir çox məmurlar, xüsusən də icra başçıları tərəfindən təhqir olunaraq döyülməsi faktları respublika da geniş füsət almışdır. Jurnalist hüquqlarının Beynəlxalq qanunlarla qorunmasını, jurnalistin toxunulmaz olmasını və hər bir sorğusuna qanuna müvafiq formada cavablandırılmasını təsüflər olsun ki bir çox icra başçıları unudur. Prezidentimizin etimadından sui-istifadə edən bir çox icra başçıları medianın gündəmində özbaşınalıqları və qeyri etiq davranışları ilə yer almaqdadırlar. Hətta övladlarına düzgün təlim və tərbiyə verməyən özbaşına böyüdən, qanunlara qarşı saymaz yana hərəkətlərinə dur deməyən icra başçılarından bu gün şəhid övladlarına və mediaya qarşı bu kimi hörmətsizlikdən başqa nə gözləmək olar…?

Artıq bir neçə media qurumları medianın dostu olan, daima dövlət dəstəyin bizdən əsirgəməyən Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə müraciət etmək qərarına gəlib. Məmur özbaşınalığı, xüsusəndə Prezidentin etimadını qazanmış və bu etimaddan sui-istifadə edərək xalqa zülm edən icra başçılarnın özbaşınaçılıqlarına artıq dur deməyin zamanıdır. Bu gün icra hakimiyyətinin binasını idman zalı zənn edib media əməkdaşını döyərək təhqir edən icra başçısı cəmiyyəti hansı ampullada görür.

Yoxsa bu icra başçısı ölkəmizi rəhbərsizni sanır…? Bu gün Respublikamızda Vaqif Abdullayev qəbildən olan icra başçıları vətəndaşlara qarşı bu kimi kobudluqları ilə xalqı haqqlı olaraq dövlətdən və dövlətçilikdən narazı salmaqdadırlar. Möhtərəm Prezidentimizin Sərəncamını ələrində bayraq edib xalqın “gilyatin” maşınında başını kəsməklə məşğul olan icra başçıları haqqında ölkə rəhbərimizdə yetərincə məlumatlar var. Bu barədə cənab Prezidentimiz dəfələrlə çıxışlar etmiş lakin külli miqdar varıdatları gözlərini kor etmiş icra başçıları bu çıxışlara məhəl qoymur öz bildikləri kimi vəzifələrindən sui-istifadə edərək xalqa zülm edirlər.

Buna baxmayaraq Beyləqan rayon sakinlərindən Vaqif Abdullayevin özbaşınalıqlarına dözməyib, qeyri-qanuni əməlləri ilə bağlı məhkəməyə müraciət etmişlər. Şükürlər olsun ki, daima ədalətli qərarları ilə xalq içində nüfuz qazanmış hakimlərimiz bu müraciətlərə düzgün hüquqi qiymət vermişdir. Belə ki, rayon sakini icra başçısının qeyri-qanuni əməlləri ilə bağlı məhkəməyə müraciət etmiş və bu məhkəmədə iddiası təmin olunaraq icra başçısının əleyhinə qətnamə qəbul olunmuşdur.

Bir icra başçısının əməlləri hüquqi müstəvidə qeyri-qanuni hal kimi dəyərləndirilirsə onun bu posta layiq olmaması artıq bəlidir. Yəqin ki, Möhtərəm Prezidentimiz həmişə olduğu kimi bu hallara qarşıda xüsusi həsaslıqla yanaşacaqdır.

Azinforum.az olaraq, məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onları da dinləməyə hazırıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın