Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / “”Beşinci kolon” bizi israrla inandırmağa çalışır ki, Rusiya qarşısında aciz olmalıyıq”

“”Beşinci kolon” bizi israrla inandırmağa çalışır ki, Rusiya qarşısında aciz olmalıyıq”

“Rusiya hakim zümrəsində gedən və artıq açıq müstəviyə çıxamağa başlayan hakimiyyət uğrunda “gizli mübarizə” özünü Ukraynaya qarşı başladılan ağılsız işğalçı müharibədə göstərməyə bilməzdi. Ona görə ki, ordu, daha doğrusu onun generaliteti bu mübarizədə iştirak edən tərəflərdən biridir. İndi bəziləri rus ordusunun ağır itkilərinin səbəblərini axtarmaqdadır və həmin səbəblər arasında da əksər hallarda təxribatları, sabotajları, məqsədli olaraq uğursuz əməliyyat planlarının hazırlanmasını önə çəkməyə və bununla da imperiyanın biabırçı məğlubiyyətini ört-basdır etməyə çalışırlar”.

Bunu siyasi şərhçi Ərəstun Oruclu bildirib.

Onun sözlərinə görə, digərləri isə Ukraynanın NATO tərəfindən silahlandırılmasını əsaslandırmağa çalışır və az qala bütün NATO ölkələrinin resurslarının Ukraynaya yönəldiyini iddia edirlər.: “”Rusiya Ukraynada ABŞ-la, NATO ilə, Qərblə döyüşür” psevdotezisi az qala trendə çevrilməkdədir. Bəli, bunların hər birində müəyyən həqiqət payı ola bilər və çox güman ki, var da, amma belə iddialar üzərində təbliğat quranlar nədənsə Rusiya ordusunun faciəvi itkilərinin əsas 2 mühüm səbəbini dilə gətirmək istəmirlər: birinci, əlinə silah alaraq dövlətini, torpağını, azadlığını, hüquqlarını, evini, ailəsini, özünü qorumaqda israrlı olan xalqın iradəsini, başqa sözlə, xalqa qarşı döyüşənin son mənzilinin məğlubiyyət olması həqiqətini, ikinci, Rusiya ordusunun elə gördüyümüzdən ibarət olmasını. Bəli, bu gün Ukraynada faciəvi itkilər verən ordu elə vaxtilə Çeçenistanda, ondan əvvəl Əfqanıstanda, daha əvvəllər isə Finlyandiya ilə müharibədə rüsvayçı itkilər verən həmin ordudur və o, dəyişməyib. Dəyişə də bilməz, çünki sadalanan bütün savaşlar mahiyyət etibarilə xalqlara qarşı aparılan təcavüzkar aksiyalar olub. Təcavüzkarın motivi özünün olanları müdafiə edənin motivindən güclü ola bilməz. Çünki burda işləyən artıq hərbi qanunlar yox, dialektikanın qanunlarıdır. Onlar isə insan mövcud olduqca hər zaman aktual qalacaqlar. Rusiya ordusu isə həqiqətən tarixi məğlubiyyətini yaşamaqdadır. Müharibənin cəmi 10 günü ərzində onu birbaşa maddi itkiləri 3 mlrd ABŞ dolları həcmində, ən ağır və dönməz olan insan itkiləri  isə 10 min nəfər dəyərləndirilir. Xatırladım ki, Sovet Ordusunun 10 illik Əfqanıstan müharibəsindəki insan itkiləri 15 min nəfər olmuşdu. Rusiya ordusunun 10 gün ərzində Ukraynada itirdiyi helikopterlər (təxminən 44 ədəd) sovet ordusunun 10 il ərzində Əfqanlstanda itirdiyinin (333 ədəd) 13%, təyyarələr isə (təxminən 40) sovet ordusunun Əfqanistandakı itkilərinin (113 ədəd) 35% təşkil edir. Rusiya ordusunun Putinin avantürası olan İkinci Çeçenistan Müharibəsindəki itkiləri 8-40 min arası dəyərləndirilir. Təəccüblü gəlməsin sizə bu fərq, axı bu gün də Ukrayna rəsmilərinin Rusiyanın itkiləri haqda 10 min rəqəminə qarşı Putin hökuməti itkilərin cəmi 500 nəfər olduğunu iddia edir. Bu, bizi daim təhdid altında saxladıqları, təslimçiliyi əsaslandırmağa çalışan ölkəmizdəki Rusiya 5-ci kolonunun “biz o boyda dövlətə nə edə bilərik?!” prsevdotezisinə cavabdır. Özü də Rusiya ordusunun özünün cavabı. Amma həmin 5-ci kolon bu gün də bizi israrla inandırmağa çalışır ki, Rusiya qarşısında aciz olmalıyıq. Əsla Rusiya ilə üz-üzə gələrək vuruşmağımızın vacibliyini demək istəmirəm, amma bu gün Azərbaycanın hüquqi qaydada rəsmiləşmiş Türkiyə kimi güclü müttəfiqi var. Ukraynada bugünkü faciələri yaşayan Rusiya ordusu Azərbaycanın müttəfiqi olan Türkiyə ordusu ilə döyüşəcək? Fəlsəfi sual: “Nəynən, Alış?” Bütün bunlar bizi ruhdan salmağa, Rusiyanın Azrbaycandakı casus şəbəkəsinə daha komfortlu fəaliyyət imkanı yaratmağa xidmət edən məkrli və son dərəcə ziyanlı təbliğatdır. Onun qarşısı da mütləq alınmalıdır. Necə ki, Rusiya təzyiqinin artması ilə prezident Zelenski ölkədəki rusiyapərəst telekanalların səsini kəsdi. Bizə fikir ayrılığı, müzakirə, ifadə azadlığı kimi təqdim olunan həmin məkrli təbliğatın arxasında 10 milyon azərbaycanlının taleyi, sağlamlığı və həyatı dayanır. Söz və ifadə azadlığını, insan haqlarını  beşiyində boğan mürtəce dövlətin xidmətində duranların Azərbaycanda həmin azadlıqlardan geninə-boluna yararlanması isə tam həcmdə təmin olunmaqdadır. Bunu azadlıqların boğulmasına çağırış kimi dəyərləndirmək istəyində olanlara da bircə sualım var: bu gün Rusiyanın Ukraynaya qarşı qanlı təcavüzünə açıq bəraət qazandıranların sabah Rusiyanın Azərbaycana yönəlik eyni davranışına qarşı çıxacaqlarına əminsinizmi? Rusiyanın, İranın Azərbaycana qarşı təhdidlərinə belələrindən neçə dəfə tənqidi reaksiya görmüsünüz? Təəssüflə deməliyəm ki, Rusiyanın Ukraynaya təcavüzünün istənilən nəticəsi özündə bizə qarşı təhlükə daşıyacaq. Qələbə qazanacağı halda ruhlanan imperiya Cənuba (Gürcüstana və Azərbaycana) yürüş edəcək, məğlub olacağı halda isə eyni addımları öz zədələnmiş qürurunu az da olsa, bərpa etmək üçün atacaq”.

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …