Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Benzinin bahalaşmasını neçə faiz sürücü hiss edəcək? – Açıqlama

Benzinin bahalaşmasını neçə faiz sürücü hiss edəcək? – Açıqlama

“AI-95 Premium” markalı benzinin qiymət artımının ancaq lüks avtomobil sürənlərə aid olduğu deyilir. 

Qafqazinfo” bu məqamda sürücülərdə yaranmış suallara aydınlıq gətirmək məqsədilə yol məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb. Ekspert təxmin edir ki, ölkəmizdə istifadə olunan avtomobillərin 25-30%-nin mühərriki sırf “AI-95 Premium” markalı benzin üçün istehsal olunub:

“Hazırda ölkəmizdə nə qədər avtomobilin “AI-95” markalı benzinlə işlədiyinin dəqiq statistikasını demək çətindir. Burada il söhbəti ikinci dərəcəli məsələdir. Hətta köhnə avtomobillər də yenidən modernizasiya olunub 95 oktanlı benzinlə işləyə bilər. Mən ehtimal edirəm ki, Azərbaycanının avtomobil parkının 25-30 faizi bu kateqoriyaya aiddir. Təxminən, hər 4 avtomobildən biri. Bu maşınlar mütləq 95 oktanlı benzinlə işləyir.

Doğrudan da avtomobil istehsalçılar tərəfindən sırf 95 oktanlı benzinlə işləmək üçün konstruksiya olunubsa, mühərriki, xüsusilə də elektron idarəetmə sistemi həmin benzin üçün hesablanıbsa, maşında 92 oktanlı benzindən istifadə olunsa, ciddi problemlər yarancaq. Müəyyən müddətdən sonra avtomobilin mühərriki sıradan çıxmağa başlayacaq. Sürücülərimiz bilməlidir ki, avtomobil sırf 95 oktanlı benzin üçün hesablanıbsa, başqa markalı benzindən istifadə etmək olmaz”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın