Şənbə , Avqust 8 2020
Ana səhifə / Siyasət / “Belə təmasların davam etdirilməsi təqdirəlayiqdir” – Arzuxan Əlizadə

“Belə təmasların davam etdirilməsi təqdirəlayiqdir” – Arzuxan Əlizadə

“Prezident Administrasiyası yetkililərinin siyasi partiya rəhbərləri ilə görüşləri ölkədə dialoq mühitinin formalaşması baxımından olduqca əhəmiyyətlidir”.

Bu fikirləri Azinforum.az-a açıqlamasında AMİP sədri Arzuxan Əlizadə son günlərdə prezident administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə yenidən keçirilən görüşlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, g görünən budur ki, hakimiyyət siyasi münasibətlər sisteminin yenilənməsi baxımından müəyyən addımlar atır: “Bu istiqamətdə fəaliyyət göstərməkdə qərarlıdır. Son aylarda 4 yeni siyasi partiyanın, həmçinin, dünən bu prosesin davamı olaraq Yunis Oğuzun rəhbəri olduğu Milli Vəhdət Partiyasının, Tufan Kərimlinin rəhbəri olduğu Milli Demokrat Partiyasının qeydə alınmasını, eləcə də Tural Abbaslının rəhbərlik etdiyi Ağ Partiyanın təkrar qeydiyyatdan keçməsini buna misal göstərmək olar.

Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşlərinin davam etməsi heç şübhəsiz ki, partiyalarla dövlət hakimiyyəti orqanları arasında əlaqələrin tənzimlənməsi baxımından da əhəmiyyətlidir və pandemiya dövrü olmasına baxmayaraq belə təmasların davam etdirilməsi təqdirəlayiqdir”.

Həmçinin oxuyun

“Diplomatik nümayəndəliklərimizin işi təhlil olunur” – NAZİR

“Cənab Prezidentin tapşırığına uyğun olaraq, Xarici İşlər Nazirliyinin (XİN) həm aparatının, eyni zamanda xarici ölkələrdə …