Cümə , Fevral 26 2021
Ana səhifə / Siyasət / Belə olsa, bu il REAL 160 min dövlət maliyyəsi alacaq – İlqar Məmmədov

Belə olsa, bu il REAL 160 min dövlət maliyyəsi alacaq – İlqar Məmmədov

2021-ci ildə partiyalara bütövlükdə 4 milyon manatın verilməsi nəzərdə tutulub.
Bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. Sədrin sözlərinə görə, onun 40 faizi parlamentdəki 11 partiya arasında bərabər bölünür:
“Bildiyimə görə, partiyalardan biri bu vəsaitdən imtina edib. Deməli, 1 milyon 600 min manat 10 partiya arasında bölünəcək. Belə olsa, bu il REAL 160 min manat dövlət maliyyəsi alacaq. Səhv etmirəmsə, hər əlavə deputata görə isə partiyalara təxminən 25 min manat verilir”.
İlqar Məmmədov seçkiyə hazırlaşdıqlarını da əlavə edib:
“Hazırda boş qalan 5 dairə üzrə keçiriləcək təkrar və əlavə seçkidə Milli Məclisdə təmsilçiliyimizi artıra bilsək, dövlətdən daha da çox vəsait alıb partiyanın milli məqsədlərə xidmətinə, yəni siyasi mövqeyimizin əsaslandırılmasını gücləndirən araşdırmalara və kampaniyalara xərcləyə bilərik”.

Həmçinin oxuyun

“Qoy bir-birlərini məhv etsinlər” – Çingiz Abdullayev

Xalq yazıçısı Çingiz Abdullayev Ermənistanda baş verənləri şərh edib. O bu hadisələrin gözlənilən olduğunu qeyd …