Çərşənbə , Avqust 12 2020
Ana səhifə / Siyasət / “Belə görüşləri olduqca əhəmiyyətli hesab edirəm” – Arzuxan Əlizadə

“Belə görüşləri olduqca əhəmiyyətli hesab edirəm” – Arzuxan Əlizadə

“Bu gün Prezident Adminstrasiyasında Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevlə növbəti görüşümüz oldu”.

Bu fikirləri AMİP-in sədr əvəzi Arzuxan Əlizadə sosial şəbəkədəki hesabında bildirib.

A. Əlizadənin fikrincə, təxminən 2 saat ərzində bir çox məsələləri müzakirə ediblər: “Görüşlə bağlı ilkin olaraq vacib hesab etdiyim təəssüratım ondan ibarətdir ki, ölkə rəhbərliyinin ölkədə yeni siyasi münasibətlər sisteminin formalaşmasında maraqlı olduğu və bununla bağlı ciddi siyasi iradənin mövcudluğu barədə qənaətlərim bir daha möhkəmləndi. Nəticə etibarı ilə demokratik cəmiyyətin inkişafında və xüsusilə də milli mənafelərimizin qorunmasında maraqlı olan siyasi təşkilatların qarşılıqlı etimad mühitində fəaliyyət göstərə bilmələri üçün münbit şəraitin formalaşması baxımından belə görüşləri olduqca əhəmiyyətli hesab edirəm“.

Azinforum.az

Həmçinin oxuyun

Övladlarına ildə 300 min dollar xərcləyən deputat danışdı: “Qısqanclıqla yanaşmaq doğru deyil”

Milli Məclisin deputatı Rüfət Quliyev övladlarının təhsilinə ildə 300 min dollar xərcləməsi ilə bağlı iddialara …