Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Siyasət / “Belə cəmiyyətlər it toyuna da layiqdir, meymun toyuna da…” – Aparıcı cəmiyyəti təhqir etdi

“Belə cəmiyyətlər it toyuna da layiqdir, meymun toyuna da…” – Aparıcı cəmiyyəti təhqir etdi

Bir neçə gün əvvəl jurnalisti vurduğu üçün icra başçısının cəzalandırılması gözlənilirdi. Amma hər şey əksinə oldu. Həmin icra başçısı sonradan açıq-aşkar hər kəsə mesaj verdi ki, mənə heç kim heç nə etmədi.

Azinforum.az Unikal.org saytına istinadən xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov müəllifi və aparıcısı olduğu “ATV SƏHƏR” proqramında səsləndirib: “Ölkədə ictimai rəyin ən yüksək formada işləməsinin ilk tərəfdarı elə mən özüməm. Amma hərdən elə məsələlər baş verir ki, adam şərh edə bilmir. İcra başçısı jurnalisti təhqir etdi, onun kamerasına göz görə-görə zərbə endirdi, hay- küy qopdu, onun bu addımı kəskin şəkildə qınanıldı, amma nəticədə həmin məmur cəzalandırılmadı, vəzifəsindən azad edilmədi.

Amma 5-10 manat üçün itinə toy edənin harınlığına dözmək məcburiyyətində qalan yazıq kasıb aşıq və balabançı o dəqiqə cəzalandırıldı.

Onlar Aşıqlar Birliyindən xaric edildi. Hamı da bu qərara sevinir və alqışlayır. Doğrudur, mən də itinə toy edənə harın deyirəm, qınayıram. O yersiz tədbirdə saz çalanı haqlı gormürəm. Amma o yazıq aşıqlar da ailəsinin bir tikə çorək puluna görə həmin məclisə getmişdilər axı.

Əminəm ki, görüntülər yayılmasa idi, heç bir problem olmayacaqdı. Mənim ürəyimi bulandıran isə tamam başqa şeydir.

Ədalətin bu cür təcəssum etdiyi cəmiyyətlər it toyuna da layiqdir, meymun toyuna da…”

Həmçinin oxuyun

“Azərbaycanı dəstəkləyirik, Ermənistanla isə sadəcə qonşuyuq” – İran deputatı

İranda yaşayan erməni diasporunun fəaliyyəti Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə …

Bir cavab yazın