Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / “Belə bir vəziyyətdə rus dili öyrənməyin nə əhəmiyyəti ola bilər?!” – Rəsul Quliyev

“Belə bir vəziyyətdə rus dili öyrənməyin nə əhəmiyyəti ola bilər?!” – Rəsul Quliyev

“Taliban”ın Kabili tutmasından sonra Rusiya xarici siyasətini kifayət qədər aqressivləşdirib. Mərkəzi Asiyanı, Azərbaycanı, Baltikyanı ölkələri, İranı, Ukraynanı açıq aşkar təhdid edir.

Bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

Sabiq spiker qeyd edib ki, sanki Rusiya Hitler hökumətindəki Höbbels rolunu Mariya Zaxarovaya həvalə edib və onun ultimatumları bu dəqiqə zəncirini qırıb kimisə parçalayacaq təsiri bağışlayır: “Dostu, qardaşı Türkiyənin pozisiyasına fikir vermir. “Biz Rusiya olaraq keçiriləcək Krım platformasında iştirak edənlərlə xüsusi münasibət formalaşdıracağıq. Bu platformada iştirak edənlər Rusiyanın müstəqqilliyinə təhlükə doğurur və biz bu ölkələri Rusiyanın düşmənləri kimi qəbul edəcəyik” deməklə iqtisadiyyatına görə dünyada 10-cu yerdə, neft və neft məhsulları (qaz) nəzərə alınmasa 60-cı yerdə dayanan Rusiya kimi hədələyir? NATO-nun üzvü olan, dünyanın 2 və ya 3-cü ranglı yerlərini tutmuş Avropa İttifaqını ola bilər. Höbbels də nəinki 1945-ci ilin yanvarında, hətta 1945-ci ilin martında Almaniyanın qələbə çalacağından danışırdı. Bu tipli ağıl sahiblərini atıblar sayaqlamaq üçün ortaya. Məsələ ondadır ki, mən Vladimir Putinin bütün çıxışlarına qulaq asıram. Çünki fikirləşirəm ki, ətrafından kimsə tapılacaq və ona, ətrafına, qərbi hədələməsinin heç bir əhəmiyyəti olmadığını izah edəcək. Bu gün insan tələfatına getmək istəməyən NATO bir şey baş versə, Rusiyanı dağıtmaqdan çəkinməyəcək. ABŞ nüvə silahlı bomba atan təyyarələri Moskvanı viranəyə çevirər, heç o təyyarələrin birini də Rusiya vura bilməz. Son 10 ildə bir ABŞ təyyarəsinin vurulduğunu göstərsələr, yazdığımı geri götürərəm. Yazdıqlarımı bilən onlarla alimlər var, onların dediklərinin bu adamın beyninə batacağına ümid edirəm. Amerikanın NATO koalisiyasının Əfqanıstanda taliblərə axıra qədər qalib gələ bilməməsi, sadəcə olaraq, əfqanların qanını tökməmək üçün baş verdi. Bizim dostumuz Türkiyə Cümhuriyyətinin zəif görünməsi, Rəcəb Tayyib Ərdoğanın əvvəlki kimi alovlu çıxışlar etməməsinin səbəblərini axıra qədər başa düşə bilmirəm. Azərbaycanın qorxduğu bir nömrəli ölkə Rusiyadır və düşünürəm ki, Prezident və komandası bunu yaxşı başa düşürlər. Azərbaycanda Rusiya kəşfiyyatına satılmışların sayı da istənilən ölkədən çoxdur. Rus məktəblərinin sayının artması, sözsüz, bu satqınları ruhlandırır və tezliklə qələbə çalacaqlarına inanırlar. Ancaq bu xalqın dəmir kimi birləşmək qabiliyyətinin olduğunu unudurlar. Azərbaycanda rus agentlərinin sayını bizim kəşfiyyat bilməmiş olmaz. Dünyada heç bir əhəmiyyəti olmayan rus dili öyrənməyin nə əhəmiyyəti ola bilər, bilmirəm. Tarixboyu elitaların fransız, alman, ingilis, hətta italiyan dili öyrənmələri, öz dillərinə (olmayan) həqarətlə yanaşmaları bugün də davam edir. Belə bir atmosferdə rus dili öyrənməyimiz təəccüb doğurur. Bu dil Rusiyanın bazarlarında meyvə, göy-göyərti və başqa məişət şeyləri satmaq üçündür. Kimsə on illərlə azərbaycanlıların rus bazarlarında alver edəcəklərini düşünürlər.Təəssüf. Son müharibə azərbaycanlıların mərd və qorxmaz döyüşçülər olduğunu göstərdi. Ordunun zabitlərinin ön cəbhədə vuruşmaları əsgərlərin əhval ruhiyyəsini qaldırıb. Bu, qalib gələcəklərinə olan şübhələri aradan qaldırdı. Adları erməni olsa da, əslində 44 gündə Azərbaycan ordusu rusların təlim keçdiyi, silahlandırdığı, rus gen ştabının hazırladığı nəzəriyyə əsasında hazırlananlarla vuruşurdu. Azərbaycanın Rusiya ilə sərhədi Şimal və Xəzər dənizindən keçir. “Əgər müharibə istəmirsənsə, müharibə etməyə həmişə hazır olmalısan” nəzəriyyəsi bizim ordunun əsas devizi olmalıdır”.

Həmçinin oxuyun

“Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir” – Ceyhun Bayramov

“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni …