Çərşənbə , İyun 26 2019
Ana səhifə / Siyasət / BDM rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

BDM rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin sədri dr. İsmayıl Ağayev və sədrin birinci müavini Samir Adıgözəlli Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb. Türkiyə səfirliyində keçirilən səmimi görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Türk-Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti ətrafında söhbət aparılıb. BDM sədri dr. İsmayıl Ağayev səmimi qəbula görə səfirə təşəkkürünü bildirərək, mərkəzin Türkiyədə keçirdiyi layihələr haqqında geniş məlumat verib. Səfir Erkan Özoral öz növbəsində BDM-in bu istiqamətdəki fəaliyyətindən məmnunluğunu bildirərək, gələcəkdə Azərbaycan və Türkiyə üçün əhəmiyyətli olacaq bu kimi tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda BDM idarə heyəti adından səfir Erkan Özorala təşəkkür plaketi təqdim edilib.

 

 

 

Həmçinin oxuyun

Pakistan prezidenti azərbaycanlı səfirlə Qarabağı müzakirə edib

Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib.  Qəbula görə təşəkkürünü …

Bir cavab yazın