Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / BDM Elmar Məmmədyarovdan kömək istəyir

BDM Elmar Məmmədyarovdan kömək istəyir

Beynəlxalq Diaspor Mərkəzi (BDM) icra aparatının rəhbəri Samir Adıgözəlli xarici işlər naziri Elmar Məmmədyarova müraciət ünvanlayıb. Azinforum.az həmin müraciəti təqdim edir:

“Hörmətli Elmar müəllim!
Bu ilin aprel ayının 24-də Azərbaycan Respublikasının vətəndaşı olan Şikarlı Şamxal Babək oğlu Rusiydan deportasiya olunub.  Onun deportasiyasına səbəb kimi Rusiyada işləmə icazəsi olmadan fəaliyyət göstərməsi  göstərilir. Hal-hazırda Şikarlı Şamxal Abxaziya ərazisindədir. Abxaziyanın tanınmamış respublika olması səbəbindən o, Azərbaycana qayıtmaq üçün qonşu Türkiyə və Gürcüstanın ərazisinə də keçə bilmir. Yeganə çıxış yolu Rusiya ərazisidir. Ordan da deportasiya edilməsi səbəbindən geri qayıda bilmir. Hal-hazırda vətəndaşımız Abxaziyada köməksiz vəziyyətdədir və ölkəsinə qayıtmaq üçün dövlətimizin ona köməklik göstərməsini xahiş edir.
Hörmətli Elmar müəllim!
Sizdən Şikarlı Şamxal Babək oğlunun öz ölkəsinə geri dönməsi üçün köməklik göstərməyinizi  xahiş edirəm”.

Azinforum.az

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın