Ana səhifə / Siyasət / Bayramda qiymət artıran sürücülər sərt cəzalandırılacaq

Bayramda qiymət artıran sürücülər sərt cəzalandırılacaq

Hər il bayram ərəfəsində paytaxtdan regionlara üz tutanlar nəqliyyat vasitələrindəki süni qiymət artımı ilə qarşılaşırlar. Qonşu Türkiyədə bu il bayrama görə bütün sərnişindaşıma vasitələrinə 50% endirim edilsə də, ölkəmizdə hələ indidən qiymətlərlərin qalxması ilə bağlı gileylənənlər var.

Qafqazinfo” qarşıdan gələn bayram günlərində ictimai nəqliyyatla bağlı hansı tədbirlərin görülməsi ilə maraqlanıb.

Rahat və ucuz nəqliyyat vasitəsi kimi, vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları departamentinin kollektivi Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimində işləyəcək. Sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 əlavə vaqonun qoşulması təmin edilir.
“Azərbaycan Dəmir Yolları” QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün əvvəldən, əlavə vaqonlara isə həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı da “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı Beynəlxalq Avtovağzalında da bayram gücləri gücləndirilmiş iş rejimində çalışacaq:

“Əlavə reyslər üçün 200 avtobus ayrılıb və sərnişin sıxlığından asılı olaraq xəttə buraxılacaq. Adi günlərdə 650-700 reys olurdursa, indi 15 minə yaxın sərnişinin olacağı gözlənilir. Bütün hazırlıqlar artıq görülüb. Sadəcə olaraq sərnişinlərdən bir xahişimiz var ki, bütün bayram günlərində olduğu kimi bu dəfə də getməyə yarım saat qalmış bilet almaq üçün gəlməsinlər. Çox yaxşı olar ki, biletlər əvvəlcədən alınsın. Bu zaman yer azlığı və süni qiymət artımı ilə bağlı şikayətlər olmaz. Heç olmasa, biletlər bir neçə saat öncədən alınsın”.

Ş. Mehmanqızı onu da qeyd edib ki, süni qiymət artımının qarşısını almaq üçün müəyyən tədbirlər görülüb:
“Həm kassaların qarşısında, həm də yaxınlığında xüsusi nəzarət var, Nəzarət komissiyası da yaradılıb. Əgər hər hansı bir sərnişin süni qiymət artımı ilə üzləşərsə, 3-cü mərtəbədə yerləşən rəhbərliyə müraciət edə bilər. Yerindəcə maraqlanılacaq və həmin şəxslər üçün sərt cəza tədbirləri görüləcək”.

Bundan başqa, məzuniyyətini Batumidə keçirmək istəyənlər üçün də bu il əla fürsət yaradılıb. İyul ayının ikinci yarısından başlayaraq Bakı-Batumi reyslərinə start veriləcək. Biletin qiyməti 25 manatdır, uşaqlar üçün isə 50% endirim edilir. Yeni reys vasitəsilə sərnişinlər daha ucuz və daha qısa vaxt ərzində Batumiyə çatacaq.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın