Çərşənbə , İyul 17 2019
Ana səhifə / Siyasət / Bayram namazının vaxtı bəlli oldu

Bayram namazının vaxtı bəlli oldu

Ramazan bayramı namazı iyulun 6-da qılınacaq.
Moderator.az xəbər verir ki, bu barədə anspress-ə Məşhədi-Dadaş məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, bayram namazının səhər saat 08:00 və 09:00-da qılınacağını deyib.
Axundun sözlərinə görə, namaz bütün məscidlərdə qılınacaq. “Təzəpir məscidində, Əjdərbəy məscidində, Məşhədi-Dadaş məscidində və s. məscidlərdə insanlar gəlib rahat şəkildə bayram namazlarını qıla bilərlər”.
Hacı Şahin Həsənli - Məşhədi-Dadaş məscidin axundu
Mayın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Ramazan ayı ilə bağlı fətva verib. Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib.
Fətvada Eydül-Fitr – Ramazan bayramının Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Təzəpir məscidi - QMİ

Həmçinin oxuyun

Xalq Cəbhəsini yaradanlar onu partiyalara bölüblər – siyahı

Bir təşkilatın sırasından neçə partiya meydana gəldi Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 30 il keçdi. …

Bir cavab yazın