Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

Rusiya prezidenti Putinin rus ordusunun nüvə silahlarını döyüş növbəsi rejiminə hazır vəziyyətə gətirmək əmri, yəni Ukrayna uğrunda mübarizədə nüvə silahından istifadə etməyə hazır olduğunu elan etməsi dünyanı 60 illik ildönümü bu il qeyd ediləcək Karib böhranı dövründən indiyədək müşahidə olunmayan yüksək gərginlik həddinə çatdırıb.

Həmin vaxt silahlanma, xüsusən nüvə silahları ilə silahlanma, onların hədəfə çatdırılmasının sürətləndirilməsi məsələsi kulminasiya nöqtəsinə çatıb, bu da Amerika nüvə silahlarının Türkiyədə və sovet raketlərinin Kubada yerləşdirilməsi ilə əlamətdar olub. Hər iki tərəf bu gün də etiraf edir ki, dünya məhvedici müharibənin eşiyində idi, ABŞ prezidenti Con Kennedi və SSRİ baş katibi Nikita Xruşev kompromis şəraitində bu müharibənin qarşısını alıb.

Bu gün Putinin nüvə arqumentindən istifadə etməyə hazır olması təhdidləri Amerikanın 60-cı illərdəki cavab reaksiyasına səbəb olmayıb. Bayden və onun hərbiçiləri çox soyuqqanlı davranıb: “Biz strateji nüvə silahları ilə bağlı mövqeyimizə aid məsələdə özümüzü əvvəlki kimi rahat və əmin hiss edirik”, deyə Pentaqondan bildiriblər və ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin Rusiyanın nüvə silahlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsi haqqında qərarı nəticəsində konkret heç nə görmədiyini qeyd ediblər.

Şübhəsiz, Ukrayna ətrafındakı böhran döyüş meydanında və Kiyev və Moskva arasında danışıqlar meydanında həll edilməlidir və həll edilə bilər, dünya bunu müşahidə edir, Ukrayna xalqının müqavimət dərəcəsini, eyniz amanda onun təcavüzkar slavyan qohumu ilə danışıqlar aparmağa hazırlığını layiqincə qiymətləndirir.

Amma Qərb dünyasının Kabir böhranı zamanı belə görülməmiş həmrəyliyi və Moskvanın addımlarına reaksiyası Ukrayna ətrafında vəziyyətin təkcə lokal məkanda iki ölkənin qarşıdurması olmadığını, daha qlobal məkanı əhatə etdiyini göstərir.

ABŞ və onun müttəfiqlərinin Rusiyanın qalan dünyadan təcrid edilməsinə, o cümlədən iqtisadi gücünün və daxili sabitliyinin sarsıdılmasına yönəlmiş addımları artıq Moskva ilə Ukrayna məsələsində qarşıdurmadan deyil, ABŞ və Rusiya arasında daha geniş kontekstdə qarşıdurma olduğundan xəbər verir, bu da nüvə qarşıdurması ehtimalını gücləndirir. ABŞ bu gün, 60 il əvvəl də olduğu kimi, nüvə potensialının gücünə və keyfiyyətinə görə Rusiyadan xeyli üstündür, amma həmin vaxt bu, demokrat prezidentin Amerika üçün qələbə ilə nəticələnəcəyinə belə baxmayaraq, nüvə müharibəsindən çəkinmək üçün kommunist baş katiblə birbaşa dialoqa başlamasına mane olmamışdı.

Bu gün Bayden Kennedinin şücaətini, Putin isə Xruşovun tədbirliliyini təkrar edə biləcəkmi? Bu, əsasən ikinci mərhələsi Belarus-Polşa sərhədində aparılacaq Ukrayna-Rusiya danışıqlarından asılı olacaq. Dünya nəticələri gözləyir.

Kennedi-Xruşov davranışının məntiqinə baxsaq, dünya Karib böhranının dinc həllindən sonra olduğu kimi, Ukrayna böhranından yeni – zorakılığın deeskalasiyası və demilitarizasiya mərhələsinə keçə bilər. Hələlik Moskva və Vaşinqton arasında açıq xətt haqqında məlumatımız yoxdur, amma onun mövcudluğu yaxşı siqnal olardı, həm də təkcə Ukrayna üçün deyil.

Turan.az

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …