Cümə , Fevral 23 2024
Ana səhifə / Siyasət / BAXCP-dən Sərdar Cəlaloğluna ağır cavab

BAXCP-dən Sərdar Cəlaloğluna ağır cavab

“Sərdar Cəlaloğlu kimi adamlar prezident seçkilərinə bu cür qiymət verməklə onun nəticələrinə kölgə saxlamağa, eləcə də dövlətin beynəlxalq imicinin korlanmasına xidmət edir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Müsahibimiz Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun prezident seçkiləri haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Xatırladaq ki, ADP sədri “Yeni Sabah”a açıqlamasında “Siyasi partiyalar haqqında” qanunun qəbul edilməsindən sonra 5 min imza toplamaqda çətinlik çəkərək partiyasını buraxan siyasilərin prezident seçkilərində iştirakı üçün 40 min imza toplaması məsələsinə toxunub. 

Partiya sədri deyib ki, seçkilərdə iştirak etmək istəyən namizədlərin çoxu adının hallandırılması üçün namizədliklərini verib iştirak etmək istəyirlər:

“Hər bir Azərbaycan vətəndaşı prezidentliyə namizədliyini elan edə bilər. Sadəcə real prezidentlik institutuna hörmət edən adam bu cür addım atmaz. Əslində, bu adamların böyük əksəriyyətinin namizədliklərini irəli sürməsi prezidentlik institutuna ola yüngül münasibətləri ilə bağlıdır. Buna səbəb isə insanlarımızda dövlətçilik şüurunun aşağı olmasıdır”. 

Mövzu haqqında əlavə şərh vermək istəmədiyini söyləyən N. Orduxanlı isə S.Cəlaloğlunun seçkilərlə bağlı olan fikirlərinin tamamilə yanlış və məqsədyönlü olduğun dilə gətirib:

“Öz qardaşının həbsdə qalması üçün hər cür addımlar atan, ləyaqət hissini itirmiş, hər cür alçaqlığa əl atan adam haqqında bundan başqa söz demək istəmirəm”. 

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …